Bu stansiyaya yeni çıxış tikilir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
2030-cu ilə qədər bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisi başa çatdıqdan sonra stansiyaya yeni keçid təmin olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, metronun “Nizami” stansiyasının yalnız bir çıxışı var, yəni, eskalatorların təmiri üçün alternativ çıxış yoxdur. “Nizami” dərinözüllü stansiya hesab edilir.
“B5 və “Nizami” stansiyası bir-birinə yaxın, eyni ərazidə yerləşən iki stansiyadır. B5 Mərkəzi Parkın altında yerləşəcək. Oradan “Nizami” stansiyasına keçid olacaq. Bununla da gələcəkdə metronun “Nizami” stansiyasında eskalatorların dəyişi zamanı stansiyanı bütövlükdə bağlamağa ehtiyac qalmayacaq. Sərnişinlər alternativ yolla Mərkəzi Park ərazisinə sərbəst çıxış edə biləcəklər”. - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 Aprel 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















