Icma.az
close
up
RU
Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi Sensasion

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi Sensasion

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox maraqlı fikirlər səsləndirib, vacib nüanslara toxunub.

Sülh sazişi niyə imzalanmır?

Prezidentin müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı şübhə doğuran müddəanın mövcud olmasıdır. Bu, hazırki məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbidir. Əliyev bildirib ki, bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki bu, Ermənistan tərəfindən hələ də ərazi iddialarının konstitusion səviyyədə qorunması deməkdir.

Buna baxmayaraq, Prezident vurğulayıb ki, ABŞ lideri Donald Trampın dəstəyi ilə Vaşinqtonda paraflanmış sənəd müharibənin bitdiyini göstərir və tərəflər arasında real, davamlı sabitliyin təməlinin qoyulduğunu ifadə edir.

Əliyevin sülhə yanaşması ilkin baxışda ehtiyatlı görünsə də, reallıqla üst-üstə düşür. Çünki sülh yalnız imzalanan sənədlə deyil, tərəflərin daxili hüquqi və siyasi mövqelərində dəyişikliklərlə mümkün olur. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sənədinin imzalanması həm formal görünə bilər, həm də gələcəkdə yenidən problemlərin alovlanma riskini daşıyar. Ermənistan bu müddəanı aradan qaldırsa, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı üçün real zəmin yaradacaq. Prezident qeyd edir ki, belə dəyişikliklər regionda yeni əməkdaşlıq imkanlarının açılmasına, xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafına səbəb olacaq.

Tramp dəhlizi

Prezident müsahibədə Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də bölüşüb. Xüsusilə, Donald Trampın bu dəhlizə öz adını verməsi məsələsi diqqət çəkir. Əliyev bildirib ki, Tramp dəhlizə öz adını verdikdən sonra layihənin çox yaxın zamanda reallaşacağına əmindir.

Bu, yalnız rəmzi jest deyil, həm də ABŞ-ın bu layihədə maraqlı və potensial iştirakçı ola biləcəyinə işarədir. Daha dəqiq desək, amerikalı investorların dəhlizin inşasında iştirak etməsi mümkündür ki, bu da layihənin beynəlxalq statusunu və iqtisadi cəlbediciliyini artıracaq.

Prezident açıq şəkildə qeyd edib ki, Azərbaycan layihəni öz imkanları ilə qısa müddətdə  təxminən bir il ərzində reallaşdıra bilər. Lakin əsas məqsəd yalnız yolun tikilməsi deyil, həm də onun istismarında beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır. Bu, sırf logistika məsələsi deyil, həm də psixoloji və siyasi güvənliklə bağlıdır. Ermənistanla uzunmüddətli qarşıdurma şəraitində Azərbaycan vətəndaşlarının, xüsusən də Naxçıvandan əsas hissəyə səyahət edənlərin özlərini təhlükəsiz hiss etməsi prioritetdir.

Dövlət başçısı həmçinin Ermənistanın layihədə hələlik passiv mövqedə olduğunu vurğulayıb. Əsas işlər artıq Azərbaycanın öz ərazisində həyata keçirilib, indi isə sıra Ermənistandadır.

Rusiyaya münasibət

Prezident İlham Əliyev Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasına da toxunub. O, bu hadisəni açıq şəkildə tənqid edib. Dövlət başçısının sözlərinə görə, bu, sadəcə texniki nasazlıq və ya təsadüfi insident deyil, mövcud təhlükəsizlik protokollarının kobud şəkildə pozulmasının nəticəsidir. Ən əsası, bu hadisə Rusiya tərəfinin məsuliyyətsiz davranışını və mülki hava nəqliyyatına laqeyd münasibətini göstərir.

Prezident xatırladıb ki, Rusiya hava limanları dron hücumlarına məruz qaldıqda “xalça” (rusca “kavyor”) rejimi tətbiq olunur və bütün təyyarələrə xəbərdarlıq göndərilir. Belə hallarda təyyarələr ya geri dönür, ya da təhlükəsiz zonalara yönləndirilir. Lakin bu dəfə həmin protokol tətbiq edilməyib. Hətta oxşar marşrutda uçan digər Azərbaycan təyyarəsinə xəbərdarlıq edilərkən, bu dəfə siqnal yalnız təyyarə vurulduqdan sonra verilib. Əliyev bunu manipulyasiya cəhdi kimi qiymətləndirir — sanki məsuliyyətdən yayınmaq üçün sonradan araşdırmalar çaşdırılmağa çalışılır.

Bu məsələdə prezidentin mövqeyi prinsipialdır: Azərbaycan belə davranışı qəbul etmir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün məsuliyyət və şəffaflıq tələb edir.

Müsahibədə Əliyev Rusiya ilə bağlı başqa mövzulara da toxunub. O, Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə prinsipial yanaşmasını yenidən vurğulayıb. Uzun illər ərazi bütövlüyü pozulmuş ölkə olaraq, Azərbaycan bu məsələyə həssas yanaşır və Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe dəyişməz olaraq qalır.

“Əl-Ərəbiyyə” jurnalistinin “Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam” sualına cavabında Prezident bildirib ki, Azərbaycan torpaqlarında rus əsgəri yoxdur. Rusiyanın regiondakı hərbi mövcudluğu əsasən Ermənistana aiddir, orada hərbi baza və bir neçə minlik heyət fəaliyyət göstərir. Ermənistanın İran və Türkiyə sərhədləri isə Rusiya sərhədçiləri tərəfindən qorunur.

Prezident mənfi ssenarilərə fokuslanmaq istəməsə də, incə mesajla hər cür təhdid və provokasiyanın qarşı tərəfdən gələ biləcəyini istisna etməyib. Bu məqamda məsuliyyət daha çox Ermənistandadır.

Tarixi perspektiv

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və faciəli taleyi barədə də danışıb. 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ilin mayında müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb. Lakin bu müstəqillik uzun sürməyib, 1920-ci ilin aprelində sovet Rusiyasının ordusu Azərbaycana daxil olaraq dövlətimizi işğal edib.

Sovet hakimiyyətinin növbəti zərbəsi kimi, 1920-ci ilin noyabrında Zəngəzurun qərb hissəsi, yəni “Qərbi Zəngəzur”, Azərbaycanın ərazisindən Ermənistana verilib. Nəticədə Azərbaycan iki hissəyə bölünüb əsas hissə və Naxçıvan Muxtar Respublikası, aralarında isə Zəngəzur yerləşir.

Bu tarixi faktların xatırladılması təsadüfi deyil. Dövlət başçısının çıxışı Azərbaycan tarixinin mühüm mərhələlərini xatırladır və indiki regional vəziyyətin düzgün anlaşılmasına yardım edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sülhün təmin olunması üçün bu tarixi dərslərin nəzərə alınması vacibdir. Bu, həm Ermənistan üçün, həm də dünya ictimaiyyəti üçün Cənubi Qafqazda münaqişələrin necə və kim tərəfindən yaradıldığını aydınlaşdıran mesajdır.

İranın narahatlığı

Müsahibədə Prezident Zəngəzur dəhlizinin regional nəqliyyat sistemində oynayacağı mühüm rolu da qeyd edib. O bildirib ki, hazırda planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropadan başlayaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Fars körfəzinə qədər uzanır. Bu dəhliz əsasən Azərbaycan ərazisindən və qismən Xəzər dənizinin sahilindən keçir, hazırda Azərbaycanla Rusiya sərhədi arasında dəmir yolu və magistral yollar tam hazırdır. Çatışmayan hissə isə İran ərazisindədir və onların təxminən 150 kilometrdən çox yol tikməsi bir neçə il vaxt tələb edir.

Prezident əlavə edib ki, Zəngəzur dəhlizi bu əlaqələri tamamlayaraq Şimal-Cənub istiqamətində əlavə marşrut yaradacaq. Bu yol vasitəsilə Şimali Avropadan Rusiyaya, Azərbaycana, oradan Zəngəzurdan Naxçıvana, sonra isə İran vasitəsilə Fars körfəzinə çıxmaq mümkün olacaq. Beləliklə, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizi kimi fəaliyyət göstərəcək.

Bu yeni marşrut regionda nəqliyyat əlaqələrini genişləndirəcək və bütün tərəflər üçün faydalı olacaq. Prezident bildirib ki, Azərbaycan regional əməkdaşlığı gücləndirmək üçün bütün səylərini göstərəcək və İran hökumətinin də bu məntiqli yanaşmanı başa düşdüyünü düşünür.

Beləcə, Əliyev bir daha qeyd etmiş oldu ki, layihə İranın narahatlığını artırmır, əksinə, Tehran üçün də müəyyən dividendlər yaradacaq.

Turan Rzayev
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri