Bu Suriya rejimini məhv etdi Blinken
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
ABŞ-nin dövlət katibi Antoni Blinken Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bəyan edib ki, Əsəd rejiminin 2011-ci ildən siyasi prosesləri rədd etməsi, İran və Rusiyanın dəstəyinə arxalanması onun məhvinə gətirib çıxarıb. Suriya xalqının qarşıdurmalardan sonra rifah içində yaşamaq üçün əsaslarının olduğunu bildirən Blinkenin sözlərinə görə, ABŞ suriyalıların həyata keçirdiyi əhatəli və dinc keçid prosesini dəstəkləyir. Blinken qeyd edib ki, Suriya xalqı keçid dövründə dövlət qurumlarının qorunub saxlanmasını və əsas xidmətlərin qurulmasını tələb etmək hüququna malikdir. Blinken Əsəd rejimi və tərəfdarlarının törətdikləri cinayətlərə görə cavab verməsi üçün beynəlxalq səyləri dəstəkləyəcəklərini bəyan edib.
O, tərəfləri insan hüquqlarına və beynəlxalq humanitar hüququn qorunmasına hörmətlə yanaşmağa çağırıb.
Baxış sayı:83
Bu xəbər 09 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















