Bu sürücü hər keyfi istəyəndə əks yola çıxıb maşınların üzərinə sürür VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kobud qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb. Belə ki, 77-EP-526 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. O, qarşı tərəfdən gələn maşınların üzərinə sürərək təhlükə yaradıb. Ardınca qayda pozan sürücü qəzadan yayınmaq üçün sola manevr edib.
Digər kadrda isə o, tıxacda gözləmək istəmədiyi üçün yenidən qarşı tərəfə keçib və axına qarşı hərəkət edib.
Qeyd edək ki, bəzi sürücülər sözügedən küçədə kamera olmamasından sui-istifadə edərək qayda pozurlar.
Nərmin

Əks yola çıxıb maşınların üzərinə sürən qazi sürücü 77PT052 VİDEO
10 Yanvar 2025 18:02
Tıxaca səbri çatmayan sürücü əks yola çıxıb maşınların üzərinə şığıdı VİDEO
19 Mart 2025 13:33
Sürücü nömrəsiz “Tofaş”la əks yola çıxıb maşının üzərinə sürdü VİDEO
06 Fevral 2025 18:07
Əks yola çıxıb qırmızda keçən taksi sürücüsü piyadaların üzərinə sürdü VİDEO
13 Mart 2025 09:00
Hövsanda əks yola çıxan sürücü maşınların üzərinə sürüb qəza riski yaratdı VİDEO
06 Noyabr 2024 17:54

