Bu sürücü nə qanun bilir, nə də sarı işıq tanıyır: 2 qayda pozdu VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 14-də, paytaxtın Mikayıl Useynov küçəsində (Bakı İdman Sarayının qarşısında) qeydə alınıb. Belə ki, 77-RU-613 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sarı işıqda dayanmadan hərəkət edib. O, qarşıda tıxac olduğunu görsə də, yolayrıcına daxil olaraq sola və geriyə dönənlərin yolunu kəsib.
Görüntünü qeydə alan sürücü irad bildirən zaman, o, "yolayrıcını boş saxlamalısan" deyərək özünü haqlı çıxarmağa çalışıb. Hansı ki, dediyi tələb məhz onun özünə aiddir.
"Yol hərəkəti haqqında"qanunun 75-ci maddəsinin II hissəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















