Icma.az
close
up
RU
“Bu tarixdə Yerə xeyli şər qüvvə daxil olur” Astroloqlar xəbərdarlıq etdi

“Bu tarixdə Yerə xeyli şər qüvvə daxil olur” Astroloqlar xəbərdarlıq etdi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

7 sentyabrda baş verən tam Ay tutulması dünya miqyasında böyük maraqla izləndi. Təxminən 7 milyard insan, o cümlədən Azərbaycan əhalisi bu nadir təbiət hadisəsini müşahidə etmək imkanı əldə etdi. Maraqlıdır ki, hadisə ölkəmizdə xüsusi diqqətə səbəb oldu: küçələrə çıxan, Ay tutulmasını telefonları ilə qeydə alan insanların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Belə geniş marağın səbəbi nədir? Ay tutulmasının insanlara mistik, yoxsa fiziki-psixoloji təsirləri varmı?

Globalinfo.az-a danışan astroloq Firudin Qurbansoyun sözlərinə görə, Ay tutulması zamanı Yerə çoxlu sayda şər qüvvələrin daxil olması ilə bağlı qədim inanclar mövcuddur.

Onun dediklərinə görə, keçmişdə belə hadisələr zamanı insanlar qorxuya qapılır, müxtəlif üsullarla özlərini və yaxınlarını qorumağa çalışırdılar:

“Əvvəllər Günəş və Ay tutulmaları zamanı səs-küy salır, mis qab-qacağı bir-birinə vururdular. Bu inanca görə, sanki şər qüvvələrə qarşı mübarizə aparırdılar. “Molla Nəsrəddin” jurnalında və digər satirik nəşrlərdə bu cür inanclar tənqid olunub, insanlara avam damğası vurulub. Amma mən demirəm ki, o dövrün insanları ağıllı, ya da avam idilər. Sadəcə olaraq, bu inamlar var və onlara hörmətlə yanaşmaq lazımdır. İnam və əqidəyə toxunmaq düzgün deyil”.

Firudin Qurbansoy hesab edir ki, Ay və Günəş tutulmaları zamanı bəzi insanlarda fiziki və psixoloji təsirlər də müşahidə oluna bilər:

“Həssas insanlarda baş ağrıları, ürək bulanması, təzyiqin qalxıb-enməsi, halsızlıq və digər əlamətlər meydana çıxa bilər. Ürək və təzyiq xəstələri bu dövrlərdə daha diqqətli olmalıdırlar. Belə vaxtlarda dualar oxumaq, su içmək, özünü sakit saxlamaq tövsiyə olunur”.

Firudin Qurbansoy

Astroloqun fikrincə, bu hadisələrin təbiətdə və cəmiyyətdə də müəyyən təsirləri ola bilər:

“Ay və Günəş tutulmaları təxminən 15 gün fərqlə baş verir. İslam kosmoqoniyasında bu mövzu ilə bağlı elmi və dini mənbələrdə kifayət qədər məlumat mövcuddur. Tarix boyu bu cür təbiət hadisələri müəyyən bölgələrdə siyasi və sosial gərginliklərlə də üst-üstə düşüb”.

Firudin Qurbansoy Ayın “qırmızı” görünməsi məsələsinə də aydınlıq gətirib:

“Ayın tünd qırmızı və ya qəhvəyi rəngdə görünməsi onun Günəş işığını yer atmosferi vasitəsilə alması ilə bağlıdır. Ağ işıq spektrlərə ayrıldıqda ilk görünən rəng qırmızı olur. Bakı şəraitində hava buludlu olduğu üçün tutulmanın yalnız bir hissəsi aydın müşahidə olundu”.

F.Qurbansoy son olaraq 15 gün sonra baş verəcək Günəş tutulmasının da maraqla qarşılanacağının gözlənildiyini bildirib:

“Bu hadisə tam tutulma olmasa da, həssas insanlar üçün müəyyən təsirləri mümkündür”.

Astroloq Səbuhi Rəhimli isə bildirib ki, Ay və Günəş tutulmaları dünyanın hər yerində maraqla izlənilir və bu, yalnız azərbaycanlılara xas deyil:

“Tutulmalar dünyanın harasında görünürsə, insanlar maraqla baxırlar. Azərbaycanda uzun müddət tam tutulma müşahidə olunmayıb. Sentyabrın 7-də isə hadisə tam görünüşlü oldu. Ona görə də insanlar daha çox maraq göstərdi”.

Səbuhi Rəhimli

Astroloq qeyd edib ki, tutulmaların insanlara birbaşa təsir etdiyi elmi sübutlarla təsdiqlənməyib:

“Ayın tutulması, Günəşin tutulması – bunların xüsusi bir təsir mexanizmi yoxdur. Əgər təsirdən danışırıqsa, bu, daha çox Günəş tutulmalarında ola bilər. Ay bədirlənəndə, yəni dolunay zamanı insanların emosional və psixoloji vəziyyətində dəyişikliklər müşahidə oluna bilər. Amma tutulma zamanı Ayın işığı kəsildiyinə görə həmin “Bədr təsiri” də olmur. Bu da birbaşa və ciddi təsir sayıla bilməz”.

Səbuhi Rəhimli onu da vurğulayıb ki, bu cür hadisələr daha çox mistikləşdirilir:

“Bunu daha çox mistikləşdirirlər. Elə bilirsiniz ki, böyük bir şey olacaq. Halbuki bu, sadəcə gözəl və nadir təbiət hadisəsidir. Dünyanın hər yerində insanlar çəkib paylaşırlar. Ermənistanda, Gürcüstanda, Türkiyədə, hətta Saxalində belə”.

O, növbəti tutulma barədə də danışıb:

“Sentyabrın 21-də Günəş tutulması olacaq, amma bu, bizim regionda müşahidə olunmayacaq. Tutulma Latın Amerikası, Cənubi Amerika, Şimali Amerika və Avstraliya istiqamətində baş verəcək. Azərbaycanda isə növbəti qismən Ay tutulması yalnız 2033-cü ildə müşahidə oluna bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri