Bu tarixdən yağış kəsəcək, temperatur qalxacaq
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Hava şəraitinin 7 oktyabrdan etibarən sabitləşəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın Axar.az-a verdiyi məlumata görə, oktyabrın 7-si səhər saatlarından başlayaraq, yağıntılar tədricən kəsəcək.
“Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq.
7 oktyabr səhər saatlarında yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24°, dağlıq ərazilərdə isə gündüz 13-18° isti olacaq”, - deyə G.Məmmədova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Oktyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















