Icma.az
close
up
RU
Bu tarixədək 300 milyon insan öləcək Alimlər

Bu tarixədək 300 milyon insan öləcək Alimlər

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni araşdırmalar iqlim dəyişikliyinin insan həyatı üçün ciddi təhdid olduğunu bir daha ortaya qoyub. Almaniyanın Maks Plank Kimya İnstitutunun tədqiqatçıları inkişaf etmiş rəqəmsal modellərdən istifadə edərək 2100-cü ilə qədər havanın çirklənməsi və ekstremal temperatur səbəbindən 30 milyon insanın həyatını itirəcəyini proqnozlaşdırıblar.

Araşdırma qrupunun rəhbəri Dr. Andrea Pozzer bildirib ki, 2000-ci ildə həm soyuq, həm də isti havanın təsirindən hər il təxminən 1.6 milyon insan dünyasını dəyişib. Bu rəqəmin əsrin sonunda 10.8 milyona çatacağı ehtimal edilir ki, bu da yeddi dəfə artım deməkdir. Havanın çirklənməsi ilə bağlı isə illik ölüm halları 4.1 milyondan 19.5 milyona yüksələcək.

Maks Plank alimlərinin araşdırması, həmçinin, regional fərqlilikləri də göstərib. Cənubi və Şərqi Asiyada ölüm halları daha yüksək olacaq, çünki yaşlanan əhali ilə birgə havanın çirklənməsi böyük rol oynayacaq. Digər tərəfdən, Qərbi Avropa, Şimali Amerika və Okeaniya kimi yüksək gəlirli bölgələrdə ekstremal temperaturdan ölənlərin sayı havanın çirklənməsi səbəbindən ölənləri ötəcək. Bu tendensiya artıq ABŞ, İngiltərə, Fransa, Yaponiya və Yeni Zelandiyada müşahidə edilir.

Araşdırma, həmçinin, qlobal səviyyədə əhalinin beşdə birinin 2100-cü ilə qədər temperaturla bağlı sağlamlıq risklərindən daha çox təsirlənəcəyini göstərir. Tədqiqatçılar bu nəticələrin iqlim dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlərin zəruriliyini vurğuladığını bildirirlər.

BMT-nin iqlim dəyişikliyi ilə bağlı son hesabatına əsasən, dünya temperatur artımını 1.5°C-də saxlamaq üçün kifayət qədər tədbir görmədiyi halda 2.6°C-dən 3.1°C-ə qədər istiləşmə təhlükəsi ilə üz-üzədir. BMT baş katibi Antonio Quterreş bu vəziyyəti "planetar təhlükənin uçurumu" adlandıraraq liderləri hədəflərə çatmaq üçün qətiyyətli addımlar atmağa çağırıb.

İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil; bu, milyonlarla insanın həyatı üçün birbaşa təhlükədir. Bu araşdırma insanları qlobal istiləşmənin təsirlərinə qarşı mübarizədə birlikdə hərəkət etməyə səsləyir.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri