Bu teatrlar nazirliyin tabeliyinə verildi Qərar
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Kult.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.
Qeyd edək ki, cari il iyunun 10-da Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinin bugünkü Qərarı həmin Fərmanın icrası ilə əlqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Sentyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















