Icma.az
close
up
RU
“Bu təhsil deyil, travmadır” Valiyenlərdən summativlərə qarşı ETİRAZ

“Bu təhsil deyil, travmadır” Valiyenlərdən summativlərə qarşı ETİRAZ

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Buraxılış imtahanını verən abituriyentlər yenidən məktəbə çağırılır – Valideynlər və şagirdlər etiraz edir

Mart ayında buraxılış, mayın sonunda isə blok imtahanlarını verən 11-ci sinif şagirdləri indi də summativ qiymətləndirmə üçün məktəbə çağırılır. Universitetə qəbul üçün tələb olunan bütün imtahanları başa vuran abituriyentlərin yenidən məktəb partasına qayıtması nə şagirdlər, nə də valideynlər üçün məntiqli görünmür. Bu vəziyyət ictimai narazılığa səbəb olub.

Tribunainfo.az xəbər verir ki, valideynlər sosial şəbəkələrdə bu qaydaya qarşı çıxaraq fikirlərini bildiriblər. Yazar, jurnalist Ramilə Qurbanlı mövcud duruma etiraz edərək yazıb:

“Təhsil Nazirliyi ilə DİM-in bir araya gəlib buraxılış-qəbul imtahanlarından sonra uşaqların məktəbə gedib BSQ, KSQ yazmaq kimi məntiqsizliyin qarşısını aldıqları günü görmək qismətimiz olsun. Ay qardaş, dərslər bitər, buraxılış imtahanı olar, əlvida məktəb, sonra da qəbul imtahanı. Yoxsa, uşaqların düşüncəsində əlvida olub artıq, amma məktəb bitmək bilmir. Müəllimlərin də əlinə imkan düşür, başlayırlar təhdidə – ay, attestat alın görüm-filan. Ay başbilənlər, niyə bu təhdidə imkan yaradırsınız? Uşaq artıq o havada deyil e, bu qəbul imtahanı verib, onun cavabı havasındadır. İki ildir mütəmadi hazırlıqlar, imtahanlar (11 ili demirəm) çöküblər, hava da isti. Məktəb onun üçün tarixə qovuşub, o böyüyüb artıq, bir siz də böyüyün!”.

Jurnalist Zülfiyyə Quluyeva isə bu qiymətləndirmələrin heç bir əhəmiyyət daşımadığını qeyd edib:

“DİM-in buraxılış imtahanından sonra məktəblərdə 11-ci siniflərə BSQ işlətməyin mənasını heç cür başa düşə bilmirəm”.

“Təmir Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə məsələyə daha sərt münasibət bildirib:

“Məktəbdə il boyu keçirilən summativlər uşaqlar üçün inkişaf yox, işgəncəyə çevrilib. İl boyu nə qədər imtahan olar? Hörmətli Elm və Təhsil Nazirliyi, biz də təhsil almışıq. Gördüyünüz kimi təhsilimiz də normaldır. Bu məsələyə mümkünsə bir çözüm edin. Uşaqlara bu nə travmadı yaşadırsınız? Vallah, billah bu travmadır, təhsil deyil. Uşaqlar stressdən əzab çəkir. Mən təhsili sevən, dəstəkləyən adamam, amma bu yanaşmanı yanlış hesab edirəm”.

Valideynlər və təhsil ekspertləri bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən izahat və dəyişiklik gözləyirlər. Şagirdlərin artıq akademik prosesi başa vurduğu bir mərhələdə əlavə imtahan yükünün onların psixoloji durumuna mənfi təsir etdiyi vurğulanır.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri