Bu tətbiq telefonun batareyasının ömrünü qısaldır
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"iPhone" istifadəçilərinin "yaralı yeri"nin batareya ömrü olduğu hər kəsə bəllidir.
Milli.Az-ın məlumatına görə araşdırmalar nəticəsində məlum olub ki, telefondakı bəzi tətbiqlər batareya ömrünə mənfi təsir edir. Bu tətbiqin "Google Chrome" olduğu üzə çıxıb.
iPhone istifadəçilərinin ən böyük şikayətlərindən olan batareya ömrü istifadə olunan tətbiqlərlə birbaşa əlaqəlidir. Testlər nəticəsində məlum olub ki, "Apple"nin öz brauzeri olan "Safari" "Google Chrome" ilə müqayisədə "iPhone"un batareyasını daha səmərəli istifadə edir.
Bir saat davam edən testlərdə eyni "iPhone" cihazında əvvəlcə "Safari", sonra isə "Chrome" ilə veb gəzintisi edilib. Testin hər iki brauzer üçün də eyni şərtlərlə aparıldığı qeyd edilib. Ekran parlaqlığı maksimuma çatdırılıb, arxa planda işləyən bütün tətbiqlər bağlanıb və yalnız test edilən brauzer istifadə edilib.
"Safari"nin batareya istehlakı yalnız 3%-də qaldığı müşahidə olunub. Lakin "Google Chrome" eyni müddət ərzində batareyanın 5%-ini sərf edib. Uzun müddətli hesablamada isə "Chrome"un "Safari"yə nisbətən təxminən 60% daha çox batareya sərf etdiyi ortaya çıxıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















