Icma.az
close
up
RU
Bu toplantı Azərbaycanın mövqeyini daha da gücləndirəcək

Bu toplantı Azərbaycanın mövqeyini daha da gücləndirəcək

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı işə başlayır. Zirvə toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi və üzv dövlətlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. AQEM Asiyada əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna və Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də platformada müşahidəçi statusu ilə təmsil olunurlar. Dominos pizza

Deputatın sözlərinə görə, iqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü AQEM-də təmsil olunur. Platformaya üzv dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırır. Bu isə iqtisadi həcmi 47 trilyon dollardan çox olan dövlətlərin rəsmilərinin Azərbaycan paytaxtında bir araya gəlməsi deməkdir. ABŞ və Yaponiya kimi qlobal güclərin də müşahidəçi statusunda iştirakı platformanın iqtisadi əhəmiyyətini daha da artırır.

V.Bayramov qeyd edib ki, AQEM-ə üzv dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi getdikcə daha böyük prioritetə çevrilir. Prezident İlham Əliyevin Kambocanın Baş naziri və Laosun Prezidenti ilə görüşlərindən sonra mətbuata verdiyi bəyanatlarda da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərinin tanıdılması, eləcə də sıx iqtisadi əməkdaşlığın qurulması məsələləri ön plana çıxıb.

Deputat vurğulayıb ki, Azərbaycan regionda sülh və sabitliyin əldə olunmasında, eləcə də qorunub saxlanılmasında maraqlıdır. Son illərdə geniş coğrafiyanı əhatə edən dövlətlərlə əlaqələrini gücləndirən ölkəmiz bir sıra regional tərəfdaşlarla birgə layihələr də həyata keçirir.

Onun fikrincə, yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənir. AQEM-in VII Zirvə toplantısının Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunu və regiondakı mövqeyini bir daha təsdiqləyir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri