Icma.az
close
up
RU
Bu torpaqların sahibi bizik

Bu torpaqların sahibi bizik

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq beş  ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi qeyd edirik.  Xalqımız hər zaman bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan əsgəri dünya hərb tarixinə yeni səhifə yazdı. 44 günün hər gününü bir şəhərin, kəndin, yaşayış məntəqəsinin, strateji yüksəkliyin azad edilməsi müjdəsi ilə yaşadıq.  Xalqımız hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən Qələbə xəbərini gözlədi. Cənab İlham Əliyevin həmin dövrdə xalqa müraciətlərinə diqqət yetirdikdə qələbə müjdələrini görürük. 4 oktyabr 2020-ci il tarixdə  Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi işğaldan azad edildi. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərindən  6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular.  Prezident İlham Əliyev  Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını ucaltdı. Dövlətimizin başçısının Bayrağımızı tarixi Xudafərin körpüsündə ucaltması  Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Azərbaycan bir daha mənfur düşmənə və ona 30 ilə yaxın müddətdə dəstək olan bəzi dünya güclərinə çatdırdı ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, bu ərazimiz  azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin  Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin  yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danışıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bəs  harada idi  bu “yenilməz” Ermənistan ordusu?   Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib, hərbi texnikanı, silah-sursatı qoyub qaçdı.  Hər günü tariximizə qələbə səhifəsi kimi yazan Ordumuz ermənilərin illərdir yaratdıqları  mifləri dağıtdı və dünyaya nümayiş etdirdi ki, ən güclü, məğlubedilməz oldu Azərbaycan Ordusudur. Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü. Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. 30 il torpaq həsrətini yaşasaq da bir gün belə onlara qovuşacağımıza ümidimizi itirmədik. Xalqımız əmin idi ki, dövlətimizin uğurlu siyasəti, Ordumuzun gücü sayəsində bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bu gün böyük fəxr hissi ilə Cəbrayıl rayonu ilə yanaşı, digər torpaqlarımızın da  azad edilməsindən böyük qürur hissi ilə danışırıq. Dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın başını uca tutmağa  tam haqqı var.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Oktyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see425

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see363

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see307

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see306

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see301

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see275

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see237

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see235

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see235

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see218

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see198

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see189

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see184

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see180

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see174

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see172

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see170

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see169

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see167

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri