Icma.az
close
up
RU
Bu, Trampın siyasətindəki ziddiyyətli məqamlardan qaynaqlanır (ŞƏRH)

Bu, Trampın siyasətindəki ziddiyyətli məqamlardan qaynaqlanır (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Belə yanaşma Trampın Ukrayna ilə bağlı yürütdüyü siyasətində ziddiyyətli məqamların olmasından qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bir neçə gün bundan əvvəl "Patriot” silahlarının Ukraynaya verilməyəcəyini bəyan edən ABŞ prezidenti Donald Trampın dünən birdən-birə əvvəlki mövqeyə qayıdaraq, Kiyevin sözügedən silahlarla təchiz ediləcəyi ehtimalı barədə bəyanatını şərh edərkən deyib.

Arzuxan Əlizadə bildirib ki, Tramp son zamanlar tez-tez mövqeyini, fikirlərini dəyişən, bu gün bir, sabah isə başqa söz deyən dövlət başçısı kimi gündəmə gəlib. Ona görə də onun mövqeyi kifayət qədər ziddiyytli görünür:

"Trampın tez-tez fikrini dəyişməsilə bağlı məsələ artıq heç kimə təəccüblü deyil. Özü də bu yaxınlarda verdiyi açıqlamada demişdi ki, bir saatın içində qərar verir və ya qərarını dəyişir. O, bir müddət əvvəl Ukraynaya xüsusən də "Patriot” silahını verməkdə həvəsli olmadığını söyləyib. Sonradan Pentaqon rəhbəri bəyan etdi ki, silah anbarlarında audit həyata keçirildiyindən hələlik Kiyevə silah tədarük edə bilməyəcəklər. İyulun 4-də isə Zelenski ilə Tramp arasında telefon danışığı baş tutdu. Tramp bu fonda Ukraynaya "Patriot” silahlarının veriləcəyini bəyan edib. Yəni bu silahlar Ukraynaya veriləcək".


Deputatın fikrincə, Trampın bu yöndə atdığı bəzi addımlara bəraət qazandırmaq da olar:

"Trampın Ukrayna ilə bağlı yürütdüyü siyasətində ziddiyyətli məqamlar var ki, bu da bəzən qabarıq şəkildə üzə çıxır. Məsələ ondadır ki, ABŞ Prezidentinin atdığı bəzi addımlara bəraət qazandırmaq da mümkündür. Tramp haqlı olaraq Avropaya bildirdi ki, onlar daha çox Rusiyanın təhdidi altındadır, nəinki Amerika. Ona görə də Ukraynaya əsas dəstəyi Avropa verməlidir, qitə ölkələri öz hərbi güclərini artırmalıdır. Bu əsasda da məsləhət gördü ki, məsələyə ancaq ABŞ-ın dəstək verməsi istiqamətində köklənməməlidirlər. Trampa qədər ABŞ Kiyevə 350 milyard dollarlıq yardım paketi yönəldib. Avropa ölkələrinin bu istiqamətdə yardımı isə cəmi 100 milyard dollar olub. Ona görə də Trampın bu məsələdəki fikirləri doğru qəbul edilməlidir”. 

Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ prezidenti Donald Tramp adminstrasiyası başqa bölgələrdə ciddi ehtiyac yaranması səbəbindən Kiyevə "Patriot” silahlarını verə bilməyəcəyini bəyan edib. Ancaq iyulun 4-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Tramp əvvəli mövqeyini dəyişərək, Kiyevə sözügedən silahları verəcəyini bildirib. Bu yanaşma isə onu göstərir ki, Tramp qısa zaman kəsiyində heç nə olmamış kimi tez-tez mövqeyini dəyişir.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyul 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri