Icma.az
close
up
RU
“Bu, Trampın taktiki məğlubiyyəti idi” “O, çətin dilemma qarşısındadır”

“Bu, Trampın taktiki məğlubiyyəti idi” “O, çətin dilemma qarşısındadır”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığı Rusiya və Ukrayna arasında sülh razılaşması üçün uzun bir yol keçilməli olduğunu, Kremlin bu yolda hələ də əsas maneə olduğunu göstərir. 

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-da dərc edilən məqalədə belə deyilir.

Nəşr qeyd edir ki, Tramp indi seçim qarşısındadır: ya güzəştə getməsi üçün Putinə real təzyiq göstərmək, ya da Ukraynadan daha çox güzəşt qoparmaq üçün Kiyevə təzyiq göstərmək.

Eyni zamanda, daha bir dilemma var. Tramp ya Putinə güvənib sülhə nail olmağa cəhd etmək, ya da onu sövdələşməyə məcbur etmək üçün təzyiq göstərmək dilemması qarşısındadır ki, bu halda da Amerika liderinin Vaşinqtonla Moskva arasında əlaqələri bərpa etmək istəyi uğursuzluğa düçar ola bilər.

"Tramp həqiqətən qırğını dayandırmaq istəyir, o, bunu anlaşılmaz hesab edir. Amma o başa düşmür ki, Putin üçün bu, nə qədər böyük görünsə də, ödəməyə hazır olduğu qiymətdir", - Trampın Rusiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Fiona Hill qəzetə açıqlamasında deyib. Onun sözlərinə görə, Putin Ukraynada dominantlıq etmək və Rusiyanın bütövlükdə Avropadakı mövqeyini gücləndirmək istəyir.

Nəşr qeyd edib ki, Rusiya görünməmiş sanksiyalara rəğmən öz iqtisadiyyatını uğurla müharibə şəraitində yenidən strukturlaşdırıb, ticarətini Çin və Hindistan kimi tərəfdaşlara yönləndirib. Nəticədə müharibədə qalib gələ biləcəyini hiss etdiyi üçün Rusiyanı sülhə məcbur etmək son dərəcə çətin olacaq.

Kremlin Putin-Tramp söhbəti ilə bağlı verdiyi məlumata görə, Putin Ukraynadan kənara çıxan güzəştlərə də ümid edir. Jurnalistlər qeyd ediblər ki, bunu Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyətin müzakirəsi, həmçinin Rusiya ilə ABŞ arasında əsas beynəlxalq və ikitərəfli məsələlər üzrə əməkdaşlıq sübut edir.

"Bu, ABŞ ilə ikitərəfli münasibətləri Ukraynadakı müharibədən ayırmağa çalışan Putin üçün açıq-aydın taktiki qələbədir. Putinin tam atəşkəs təklifini rədd etməsi və eyni zamanda, güzəştə getmədən vəziyyəti öz xeyrinə çevirməyi bacarması son dərəcə vacibdir”. Bunu isə qəzetə Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya deyib.

Bununla belə, bəzi analitiklər hər şeyə rəğmən sülh razılaşmasının bir qədər sonra əldə oluna biləcəyini düşünürlər. Onlar anlaşılmazlıqların və yanlış hesablamaların qarşısını almaq üçün daha uzun danışıqlar ideyasını yüksək qiymətləndirirlər. Eyni zamanda qeyd edilir ki, Tramp daha geniş və davamlı sülh sazişinə ümidini qoruyaraq, Ukrayna ilə bağlı sövdələşməni bağlamaq üçün çətin yol keçməli olacaq.

Trampın Ukraynadakı keçmiş nümayəndəsi Kurt Volker isə deyib: "Bu, uzun bir proses olacaq. Putin hələ də maksimalist tələblərinə nail ola biləcəyini düşünür".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Mart 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri