Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
Icma.az, Axar.az saytına istinadən bildirir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Astanaya səfəri çərçivəsində Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlığa dair birgə bəyanat imzalanacaq.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib.
Onun sözlərinə görə, sənəd iki ölkə arasında uzun illərdir davam edən sıx əməkdaşlığın məntiqi davamı olacaq və eyni zamanda münasibətləri yeni mərhələyə yüksəldəcək:
“Bu gün Baş nazirin Qazaxıstana səfəri çərçivəsində strateji tərəfdaşlığa dair birgə bəyanat rəsmiləşdiriləcək. Bu, ölkələrimiz arasında mövcud sıx əməkdaşlığın davamı olmaqla yanaşı, münasibətlərimizi yeni səviyyəyə qaldıracaq”.
Bu mövzuda digər xəbərlər:Bu ölkə BRİKSin tərəfdaş ölkəsi oldu
30 Dekabr 2024 12:17
Fransa və ATƏTin 37 ölkəsi Gürcüstanla bağlı mexanizm işə saldı
20 Dekabr 2024 17:52
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır
01 Dekabr 2024 15:11
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı
30 Noyabr 2024 23:24
ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdı
30 Noyabr 2024 23:32
Baxış sayı:106
Bu xəbər 29 İyun 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















