Icma.az
close
up
RU
Bu türk ölkəsində yeni prezident seçildi Azərbaycanla münasibət necə olacaq?

Bu türk ölkəsində yeni prezident seçildi Azərbaycanla münasibət necə olacaq?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərinin ilk turunda səslərin hesablanması başa çatıb. Rəsmi olmayan nəticələrə əsasən, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman seçkilərdə 62,76% səs toplayaraq ölkənin yeni prezidenti seçilib. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,81% səs əldə edib. Tufan Erhürman adada federasiya yaradılmasının tərəfdarı kimi tanınır. O, nəticələrdən sonra verdiyi bəyanatda bunları söyləyib: “Xarici siyasətlə bağlı bütün məsuliyyətlər Türkiyə ilə məsləhətləşmə içində həyata keçiriləcək. Heç kimin bundan şübhəsi olmasın. Bu seçkinin uduzanı yoxdur”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-də keçirilən prezident seçkilərində rəsmi olmayan nəticələrə görə qalib gələn CTP lideri Tufan Erhürmanı təbrik edib. Ərdoğan bildirib ki, Türkiyə ŞKTC-nin suverenlik hüquqlarını və milli maraqlarını hər platformada qorumağa davam edəcək.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə ŞKTC-də keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvini tələb edib. O, bildirib ki, seçkilərdə çox aşağı iştirak olub və bu nəticələr Kipr türklərinin iradəsini əks etdirmir. Onun sözlərinə görə, ŞKTC parlamenti təcili toplanmalı, həm seçki nəticələrini, həm də federasiyaya geri dönüş ideyasını rədd etməli, eyni zamanda Türkiyə Respublikasına birləşmə qərarı qəbul etməlidir.

Türkiyəli politoloq Engin Özer Globalinfo.az-a açıqlamasında bildirib ki, ŞKTC-də keçirilən prezident seçkiləridir və parlamentin böyük hissəsi hələ də Ersin Tatarın tərəfdarlarının əlindədir:

Engin Özer

“Bütün qərarların parlamentdən keçməsi lazımdır. Ona görə də hazırda bu nəticələr Türkiyə üçün ciddi təhlükə yaratmır. Ancaq 2027-ci ilin əvvəlində Şimali Kiprdə parlament seçkiləri keçiriləcək. Bunun üçün Türkiyənin o bölgədə yaxşı bir iş görməsi lazımdır. Son zamanlar Türkiyə-Kipr münasibətlərində, xüsusən də Ersin Tatarın kampaniyasında Ankaranın birbaşa olaraq bir tərəfə dəstək verməsi Kipr xalqında müəyyən reaksiya yaradıb. Burada Süleyman Soylu və hətta Cübbəli Əhməd kimilərinin Ersin Tatarı dəstəklədiyi bir dövrdən keçdik. O, türk din xadimi, yaxud dini təriqət mənsubudur və bildiyiniz kimi, Kipr xalqı daha çox dünyəvi insanlardır və belə şeyləri sevmirlər. Seçkinin nəticələri bu cür problemlərdən, həm də türk lirəsinin həddindən artıq ucuzlaşmasından qaynaqlanır”.

E. Özer hesab edir ki, federasiya ideyası hazırda o qədər də real deyil, amma təbii ki, AKP hökuməti üçün təhdid yaradır:

“Əslində seçkinin bu cür nəticələnməsi Türkiyəyə qarşı deyil, AKP-nin siyasətinə qarşı bir reaksiyadır. Yəni Kiprdə bu partiyalara səs verən insanların birbaşa alternativi yoxdur. Nəticə etibarı ilə hökumətin səhv siyasəti nəticəsində Kiprlə bağlı bu nöqtəyə gəldik. Çox güman ki, Türkiyə-Kipr münasibətlərini idarə etmək üçün Rusiyada Sergey Kiryenkoya bənzəyən daha peşəkar və empatiya bacarığı olan şəxslər təyin olunmalı və Kiprlə bağlı yeni siyasət qurulmalıdır. Bu problem bu cür sərt, təzyiq yolu ilə və ya Dövlət Baxçalının bəyanatları kimi deyil, daha ağıllı yanaşma ilə həll olunacaq”.

Globalinfo.az-a danışan Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün deyib ki, Kiprdə keçirilən seçkilərin gündəmə gəlməsinin səbəbi bəzən Kiprdə Türkiyə əleyhinə edilən çıxışlardır:

Selçuk Düzgün

“Bu çıxışların çoxu “sol” qanad kimi təsvir edilən ana müxalifət partiyası Cümhuriyyət Türkiyə Partiyası (CTP) tərəfində edilir. Lakin Kiprdəki seçkilərdə kimin qalib olmasından asılı olmayaraq, Kipr türklərinin varlığı və yaşaması üçün dövlət siyasəti var və bu siyasəti Türkiyə Cümhuriyyəti ilə birlikdə həyata keçirirlər. Kipr türklərinin siyasi mübarizəsini qavramadan açıqlamalar verənlər bunun nə demək olduğunu anlaya bilməzlər. Əgər bu gün adada türklük və Türkiyə varsa, bu, Kipr türklərin sayəsindədir. Kipr Krit adasına çevrilməyibsə, bu, oradakı Kipr türklərinin sayəsindədir. Ona görə də Kipr türklərinin türk millətinə sədaqəti heç vaxt şübhə altına alına bilməz”

S.Düzgün Türkiyə ilə ŞKTC arasındakı qardaşlığın, həmrəyliyin və ortaq hədəflərin bu yeni dövrdə daha da güclənəcəyinə tam əminliyini ifadə edib:

“Bu əlaqələr digər türk dövlətləri tərəfindən daha da inkişaf etdiriləcək. Kipr seçkilərini öz rakursundan şərh edən Rum-Yunan ikilisi səhvlərini bir daha anlayacaq. Kipri birtərəfli qaydada Avropa Birliyinə qəbul edən Qərb türk dövlətləri ŞKTC-ni tanıyanda nə qədər səhv etdiklərini bir daha anlayacaq. Azərbaycan ŞKTC-ni tanıyan ilk ölkə olsa, təəccüblənməyin. Çünki Azərbaycan dövləti, milləti və siyasi iradəyə malik Prezidenti belə bir gücə və qətiyyətə sahibdir. Yaxın zamanda Azərbaycana “Ata Vətən”, Türkiyəyə “Ana Vətən”, ŞKTC-yə “Yavru Vətən” deyən sevdamız o yavru vətənin tanınaraq böyüməsinə şahid olacaq”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri