Bu türk ölkəsindən çağırış: Ukraynanı tərk edin!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına çağırış edərək, aktiv hərbi əməliyyatların yaxınlığında yerləşən əraziləri və ya Ukraynanı tamamilə tərk etməyi tövsiyə edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, səfirlik həmçinin müntəzəm artilleriya atəşi və hava hücumları ilə əlaqədar vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edib.
Diplomatlar Qazaxıstan vətəndaşlarını təhlükəsizlik qaydalarına riayət etməyə, hava hücumu siqnallarına cavab verməyə və Ukrayna hakimiyyətinin göstərişlərinə əməl etməyə çağırıb.
Xatırladaq ki, noyabrın 20-də ABŞ səfirliyi Rusiyanın irimiqyaslı hücumu ilə bağlı xəbərdarlıq edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, Rusiya aviasiyası döyüşə hazır vəziyyətdədir, strateji aviasiya aerodromları və anbarlarında bu cür hücumlar üçün kifayət qədər raket ehtiyatı var. Raket hücumu riski səbəbindən Kiyevdə İspaniya və İtaliya səfirlikləri bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Noyabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















