Icma.az
close
up
RU
Bu, Türkiyəyə qarşı etik davranış deyil

Bu, Türkiyəyə qarşı etik davranış deyil

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"TDT-nın yaradılış məqsədinin bütün Türk dünyası arasında birlik məqsədi, tarixi ənənələrin bərpa edilməsi, ortaq dil, əlifba, iqtisadi və hərbi sahədə əməkdaşlıq olduğu bəlli məsələlərdir. Təşkilata üzv ölkələrin dünyada mövcud olan başqa qurumlara da üzv olmasından tək fərqi ondan ibarətdir ki, TDT-da təmsil onunan ölkələr bu təşkilatda onları hansısa maraqlar deyil, eyni kökdən gələn gen yaddaşı və coğrafiya birləşdirir. Türk dünyası nəhayət ki, bir qardaşlıq çətiri altında başqa maraqlar güdmədən daha ali məqsədlər üçün birləşmişdir.
Cənubi Kipr məsələsində təşkilatda mövcud olan fikir ayrılığının kökündə hesab edirəm ki, Orta Asiya dövləti olan bəzi qardaşlarımızın yaddaşına hopmuş Sovet dövründən qalma müəyyən stereotiplərin özünə yer etməsidir".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, burada məsələ Avropa İttifaqının onlara vəd etdiyi 12 milyard avroda deyil:
"Bu ölkələrin hələ də canından Rusiya qorxusunun çıxmamasıdır. Hamı ilə əməkdaşlıq edirlər ki, təki Rusiyadan özlərini müdafiə etsinlər. Əslində bu vəd edilən 12 milyard avro onları kimsədən qorumaq iqtidarında deyil. Amma suya düşən saman çöpündən yapışan kimi onlar da hər yola əl atırlar. Bu, təbii ki, Türkiyəyə qarşı etik davranış deyil. Türkiyə bundan əziyyət çəkməz, amma mənəvi yara ala bilər. IV Antalya Diplomatik Forumunda da onlar görünmədi. Görünən odur ki, etdikləri hərəkətin ayıbından üzə çıxmağa utandılar. Hesab edirəm ki, Orta Asiyanın bu dörd ölkəsi əslində Azərbaycanın da torpaqları işğal edildikdə xüsusi hərəkətləri ilə seçilməmişdilər. Amma buna baxmayaraq Türkiyə və Azərbaycan bu qardaşlarını özündən uzaqlaşdırmamalıdlr. Qardaşlar arasında səhv hərəkətlər ola bilər. Göründüyü kimi onlar hələlik dünyada gedən proseslərin mahiyyətini yaxşı anlamırlar".
Azər Qasımov deyib ki, təklənmək onlar üçün öldürücü ola bilər:
"Öz qanından olan insanlarla birlik isə onları bu təhlükələrdən qoruya bilər. Ona görə də bir daha atacaqları addımları daha dərindən fikirləşməlidirlər. Artıq olan olub. Bu yaranın necə bərpa olunması yolları haqqında düşünməlidirlər".
ƏHD funksioneri "Azərbaycan və Türkiyə təbii ki, onlara bu hərəkətlərini üzlərinə vurmayacaq. Zamanla hansı səhvi etdiklərini özləri başa düşərlər. TDT heç nəyə baxmadan öz yolunda getməyə davam edir və edəcək. Türkiyə və Azərbaycan yeni geosiyasi uğurlar əldə etdikcə TDT da güclənəcək",-deyə bildirib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri