Bu üç futbolçu Samir Abasovun qərarını gözləyir Bir həftəyə bəlli olacaq
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. “Ağ-qaralar” ötən ayın 25-dən məşqlərin birinci mərhələsinə start verib.
Baş məşqçi Samir Abasov rəhbərliyində haırlıqlarını davam etdirən komandada yaxın günlərdə bəzi futbolçular barəsində qərar veriləcək.
Təcrübəlli mütəxəssis hazırlığın ikinci mərhələsi – iyulun 14-dək üç oyunçu barədə rəhbərliyə konkret fikrini söyləyəcək. Söhbət Ağadadaş Salyanski, Murad Vəliyev və İsmayıl Zülfüqarlıdan gedir.
Onların “Neftçi”dəki aqibəti məhz bu tarixdən sonra bəlli olacaq. Abasov futbolçuların ilkin mərhələdəki performanslarına baxaraq, onlar barədə qərar verəcək. Oyunçuların icarəyə verilməsi də gündəmdədir.
Hazırda Zülfürqalı, Salyanski və Vəliyevin Premyer Liqa klublarından təklifləri var. Onların növbəti mövsümə hansı klubda başlayacaqları yaxın vaxtda müəyyənləşəcək.
İdmanxeber.az
Baxış sayı:74
Bu xəbər 07 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















