Bu üç rayonun sakinlərinə xəbərdarlıq: Sabah…
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baxış sayı:102
Bu xəbər 27 Oktyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















