Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? Video
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.
Axar.az xəbər verir ki, universitetlə bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bunun ardınca təhsil olcağının fəaliyyətini dayandıracağı haqda media subyektlərində xəbərlər yayılıb.
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən ali məktəblə bağlı quruma hələlik heç bir müraciət ünvanlanmayıb.
Tələbələr isə yayılan xəbərlər öz təsdiqini tapdığı halda diplomlarının tanınıb-tanınmayacağı, habelə, təhsillərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq içindədirlər.
Ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 İyul 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















