Icma.az
close
up
RU
Bu universitet tələbə qəbulunu dayandırdı

Bu universitet tələbə qəbulunu dayandırdı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən milyardlarla dollarlıq maliyyəni kəsməklə hədələnən Harvard Universiteti rəhbərliyin tələblərini qəbul etməyəcəyini açıqlayıb.

Harvardın açıqlamasından bir neçə saat sonra Tramp administrasiyası universitetin 2,2 milyard dollarlıq vəsaitinin dondurulduğunu açıqlayıb.ə

"Cebheinfo.az" xəbər verir ki, dünyanın ən yaxşı universitetlərindən biri olan Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyanın tələblərini qəbul etməyəcəyini açıqlamasından sonra 2,2 milyard dollar vəsait və 60 milyon dollarlıq müqavilə haqqının dondurulması qərarı ilə üzləşib.
Tramp administrasiyası aprelin 11-də Harvard Universitetinin prezidenti Alan Qarberə göndərdiyi məktubda “Harvard son illərdə federal sərmayələri əsaslandıran həm intellektual, həm də vətəndaş şərtlərini yerinə yetirə bilmədi” deyib.

Tramp administrasiyasının məktubunda deyilir:

"Birləşmiş Ştatlar akademik kəşflər və akademik mükəmməllik ölkəsi üçün dəyərli olduğuna görə Harvard Universitetinin fəaliyyətinə sərmayə qoyub. Lakin bu sərmayə hüquq deyil. Bu, Harvardın federal vətəndaş hüquqları qanunlarını dəstəkləməsindən asılıdır. Harvard son illərdə federal sərmayəni əsaslandıran həm intellektual, həm də vətəndaş hüquqları şərtlərini yerinə yetirə bilməyib".

Administrasiyanın göndərdiyi məktubda Harvardın maliyyəsinin kəsilməməsi üçün bəzi şərtlər irəli sürülüb. Bu şərtlərə, əhatə olunan mövzulara idarəetmə islahatları, ləyaqətə əsaslanan işə götürmə islahatı, işə qəbulda perspektiv müxtəliflik və antisemitizm islahatları daxildir.Bu məktubdan dörd gün sonra Harvard Universiteti Tramp administrasiyasının tələblərini yerinə yetirməyəcəyini açıqlayıb.

Harvard Universiteti açıqlamasında bildirib ki, Tramp administrasiyasının universitetin idarəçiliyi, qəbul və işə qəbul praktikasında köklü dəyişikliklər tələb etməsi Harvardın qanuni hüquqlarını pozur:

"Universitet nə müstəqilliyini, nə də konstitusion hüquqlarını təslim etməyəcək. Nə Harvard, nə də başqa bir özəl universitet federal hökumətin nəzarətinə tabe ola bilməz".Açıqlamada universitetin dialoqa açıq olduğu, lakin rəhbərliyin tələblərinə əməl etməyəcəyi vurğulanıb.

Harvardın açıqlamasından bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp administrasiyası məktəbin 2,2 milyard dollarlıq maliyyə vəsaitini və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.ABŞ Təhsil Departamentinin antisemitizmlə mübarizə üzrə işçi qrupu Amerikanın ən qədim universitetini “ölkəmizin ən nüfuzlu universitetlərində yayılmış narahatedici hüquq zehniyyətini təkrarlamaqda” ittiham edib.

2008-2016-cı illər arasında prezident olan Barak Obama mövzu ilə bağlı paylaşım edərək Harvard Universitetini dəstəkləyib.ABŞ-da bu yaxınlarda Fələstin tərəfdarı kampus etirazları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına istinad edərək universitetlər üçün federal maliyyənin dondurulması ilə bağlı müzakirələr aparılıb.

Administrasiya, müxtəlif təşkilatlar tərəfindən Harvard Universitetinə verilən qrantların "vətəndaş hüquqları qanunlarına uyğun istifadə edilməsini təmin etmək üçün" 8,7 milyard dollardan çox qrantla bağlı araşdırma açdığını açıqlayıb.Harvard Universitetinin professorları Tramp administrasiyasının məktəbə ayrılan 8,7 milyard dollarlıq federal maliyyəni araşdırmaq qərarına etiraz edərək məhkəməyə müraciət ediblər.

Tramp administrasiyasının “antisemitizmlə mübarizə” siyasəti çərçivəsində hədəf aldığı Kolumbiya Universiteti məktəbin 400 milyon dollarlıq maliyyə vəsaitinin kəsilməməsi üçün hökumətin tələblərinə əməl etməyə qərar verdiyini açıqlayıb.Keçən ay Pensilvaniya Universitetinə (UPenn) 175 milyon dollar federal maliyyə ayrılması məktəbin üzgüçülük komandasındakı transseksual idmançıya görə dayandırılmışdı.

Nigar
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri