Icma.az
close
up
RU
Bu uşaqlar üçün mühüm qərar: Sosial təminatlardan yararlanacaqlar DETALLAR

Bu uşaqlar üçün mühüm qərar: Sosial təminatlardan yararlanacaqlar DETALLAR

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sözügedən dəyişikliyi qiymətləndirərkən mövzuya bir neçə aspektdən yanaşmaq mütləqdir. Belə ki, qanunvericiliyə edilən dəyişikliyin, ilk növbədə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsini hədəflədiyini vurğulamalıyıq. Bu addım sosial hüquqların genişləndirilməsi və cəmiyyətdəki ən həssas qrupların qorunmasına yönəlmiş önəmli bir təşəbbüsdür”.

Bu sözləri Publika.az-a açıqlamasında ekspert Mehti Kamiloğlu deyib. O, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə münasibət bildirib.

Mehti Kamiloğlu qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, bundan sonra yalnız hər iki valideyni vəfat etmiş və ya bir valideyni əlil olan uşaqlar deyil, həm də müxtəlif sosial və hüquqi vəziyyətlərdə olan uşaqlar (məsələn, cəzaçəkmə müəssisələrində olan və ya valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları) valideyn himayəsindən məhrum olmuş sayılacaq. Bu isə daha çox uşağın bəhs olunan sosial təminatlardan yararlanmasına şərait yaradacaq.

"Dövlət və özəl təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək ki, bu da onların təhsildən kənar qalmasının qarşısını alacaq və onlara bərabər təhsil imkanları yaradacaq. Xüsusilə də, ödənişli və ya ödənişsiz təhsil almalarından asılı olmayaraq, bu uşaqlara verilən əlavə təqaüdlər onların maddi çətinliklərinin aradan qaldırılmasına kömək edəcək və dərslərinə daha yaxşı hazırlaşmaları üçün stimul olacaq.

Eyni zamanda, dərslik və dərs ləvazimatları üçün ödənilən müavinət və təhsil müəssisələrini bitirən zaman verilən müavinətlər uşaqların sosial adaptasiyasını asanlaşdıracaq və onların gələcəkdə iş bazarına inteqrasiyasına dəstək olacaq", - ekspert əlavə edib.

M.Kamiloğlu onu da vurğulayıb ki, 2024-cü il Azərbaycanın təhsil həyatında mühüm faktlarla yadda qalıb:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil sisteminin müasirləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşdırılmasını Azərbaycanın inkişafının prioritet istiqamətlərindən biri hesab edir və qeyd olunan yöndə iti, strateji addımlar atır. Elə 2020-ci ildə ölkə başçısının Emin Əmrullayevi təhsil naziri vəzifəsinə təyin edilməsilə əlaqədar qəbulu çərçivəsində söylədiyi bu fikir onun təhsilə olan həssas yanaşmasının əyani göstəricisidir: "Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir". Həmin tezisin 2024-cü ildə özünü doğrultmasının bir daha şahidi olduq. Nümunə olaraq, Qarabağ Universitetinin, Türkiyə-Azərbaycan Universitetinin və İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını göstərə bilərik. Hər üç universitetə builki tələbə qəbulu üzrə yüksək nəticələr təhsillə bağlı ancaq nikbin düşüncələr formalaşdırır. Daha bir önəmli fakt kimi isə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın müddətinin uzadılmasını göstərə bilərəm. Bildirim ki, sözügedən proqram çərçivəsində hazırda dünyanın 140 ali təhsil müəssisəsində 1000-dək vətəndaşımız təhsil alır".

Gülnar Süleymanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://publika.az
archiveBu xəbər 24 Dekabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri