Bu vaxta qədər düz yaşamamışam Vəfa Zeynalova sirlərini etiraf etdi(VİDEO)
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışının qonağı Əməkdar artist, aktrisa Vəfa Zeynalova olub.
O, canlandırdığı obrazlardan, kafe açmağın onun həyatına gətirdiyi dəyişikliklərdən, övladları ilə münasibətindən, eləcə də gənc qalmasının sirlərindən danışıb.
Biznesi ilə bağlı sualı cavablandıran Əməkdar artist qeyd edib ki, kafe işlətməyə başlayandan sonra insanlarla ünsiyyətdə olmağın nə qədər vacib olduğunu anlayıb:
"Gün ərzində bir neçə nəfərlə ünsiyyətdə olduqdan sonra gördüm ki, bu vaxta qədər düz yaşamamışam. Sən demə insanlarla ünsiyyətdən qaçmaq lazım deyilmiş. Onların dərdlərini, problemlərini, fikirlərini, həyata baxışlarını dinləmək məni çox dəyişdi".
Uşaqların tərbiyəsində valideynlərin roluna da münasibət bildirən aktrisa söyləyib ki, onlara "yox" sözünü deməyi bacarmaq lazımdır:
"Özüm də qadağalarla böyümüşəm. Bilmişəm ki, nəyi etmək olar, nəyi yox. Rəfiqələrim evimə qonaq gələndə, uşaqlarımın bizim söhbətimizə müdaxilə etməyə ixtiyarları yox idi. İndi isə görürəm ki, hansısa rəfiqəmlə söhbət edəndə, onların uşaqları bizə imkan vermir. Qoy mənə "geridəqalmış" desinlər, amma uşaq öz yerini bilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















