Bu vəsaiti ödəməyə dövlətin pulu var İqtisadçı
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yaxşı olardı ki, ailədə birinci uşaqdan sonrakı uşaqlara hər ay sabit məbləğdə uşaqpulu verilsin. Bu gün sosial durumu ağır olan ailələrə yardım edilməsi vacibdir. Bu vəsaiti ödəməyə dövlətin pulu var”.
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a söyləyib. O qeyd edib ki, əgər ailənin ilk uşağından sonrakı uşaqlara bu pul verilsə demoqrafik vəziyyət yaxşılığa doğru dəyişər:
“Bu gün imkanı olmayan ailələrdə uşaq sayı bir, maksimum ikidir. Bu da təbii ki, gələcəkfə demoqrafik vəziyyətə öz mənfi təsirini göstərəcək. Ancaq 5 yaşına kimi ikinci uşağa hər ay dövlət tərəfindən 100 manat uşaqpulu verilsə bu, valideynin xərc yükünü də azaldar. Valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arasında olur”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















