Icma.az
close
up
RU
“Bu, vətənə xəyanətdir” Tramp administrasiyası çətin duruma düşüb

“Bu, vətənə xəyanətdir” Tramp administrasiyası çətin duruma düşüb

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İrana son zərbə ilə bağlı kəşfiyyat məlumatlarının sızmasına kəskin reaksiya verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, o, bunu “dövlətə xəyanət” adlandırıb və dərhal araşdırma başlanmasına çağırıb.

Uitkoff “Fox News”-a açıqlamasında deyib: "Bu, vətənə xəyanətdir və araşdırılmalıdır. Bunu kim edibsə, cavab verməlidir".

Onun sözlərinə görə, guya zərərin qiymətləndirilməsi hesabatları İranın vurulan hər üç nüvə obyektinin tamamilə məhv edildiyini göstərir.

Lakin qeyd edək ki, kəşfiyyatın mətbuatda yayılan hesabatı bunun əksini deyir.

Qərb mətbuatının yazdığına görə, kəşfiyyat məlumatlarının sızması Vaşinqtonda yeni gərginlik mənbəyinə çevrilib və Trampın mövqelərinə təsir edə bilər.

Xatırladaq ki, iyunun 22-də ABŞ İrandakı üç nüvə obyektinə zərbələr endirib. Hücumdan dərhal sonra Tramp bütün obyektlərin dağıdıldığını iddia edib. ABŞ-nin vitse-prezidenti J.D.Vens deyib ki, İran artıq nüvə silahına sahib ola bilməyəcək.

Lakin bir sıra Amerika KİV-lərinin, o cümlədən “CNN” və “New York Times”-ın ABŞ kəşfiyyatından sızdırılan məlumatlarına görə, ABŞ-nin zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. Hücum, ehtimal ki, nüvə proqramını yalnız bir neçə ay geri salıb. Kəşfiyyatdakı mənbə jurnalistlərə bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyib. Mənbələrdən biri həmçinin sentrifuqaların əsasən “bütöv” olduğunu bildirib.

Ağ Ev bu məlumatı təkzib edir. Hədsiz dərəcədə qəzəblənən Tramp mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını və zərbələri həyata keçirən Amerika hərbçilərini alçaltdığını iddia edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri