Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiyada Konstantin Zatulinə “bəsdir” deyən olacaqmı? O, Azərbaycan əleyhinə açıqlamalarına bu gün birini də əlavə edib: “Ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”.
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, Zatulinin sıradan bir rusiyalı siyasətçi olmadığını bildirib:
"Zatulin sıradan bir rusiyalı siyasətçi deyil, hakim partiyanın üzvü və Dövlət Dumasında MDB komitəsinin sədr müavinidir. Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir, ancaq “balans” bir yana qalsın, Zatulin daşnaklardan da betərdir. Azərbaycanla strateji tərəfdaşlıqdan danışan rusiyalı siyasətçilərindən biri də partiyadaşına “Sənin anti-Azərbaycan açıqlamaların iki ölkə arasındakı münasibətlərə xələl gətirir” xəbərdarlığını etmir. Rusiya demokratik ölkə də deyil ki, deyəsən siyasətçinin ağzının üstündən vurmurlar. Demək, Zatilin kimilər Kremlə lazımdır".
Vasif ƏLİHÜSEYN
Baxış sayı:8171
Bu xəbər 23 Aprel 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















