Icma.az
close
up
RU
“Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”

“Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Napoli”nin baş məşqçisi Antonio Kon­te “Qarabağ”la sabah keçiriləcək Çempionlar Liqasının 5-ci turunun oyunu ilə bağlı mətbuat konfransı keçirib.

"Football-plus.az" xəbər verir ki, o, komandasındakı zədəlilərin durumundan narahat olduğunu bildirib və tibb heyətini vəziyyətlə bağlı daha açıq danışmağa çağırıb.
Neapollular 4 turdan sonra cəmi 4 xal toplayıb və evdə keçiriləcək bu matç onlar üçün xüsusi önəm daşıyır. Üstəlik, sabah əfsanəvi Dieqo Maradonanın vəfatının beşinci ildönümüdü və Konte qələbəni dünya futbolunun ikonası olan argentinalıya həsr etmək istədiyini deyib.
“Əlbəttə, Maradonanın anım günüdü. Onun Neapol üçün nə demək olduğunu hamı bilir. Qalib gəlsək, bunu ona həsr etmək gözəl olar,” – deyə Konte bildirib.
Rəqib haqda danışan Konte “Qarabağ”ın Çempionlar Liqasının sürpriz komandası olduğunu vurğulayıb:

“Şənbə günü oynadığımız matç (A seriyasında) yaxşı idi. "Atalanta" kimi fiziki komandaya qarşı oynamaq asan deyildi, amma yaxşı cavab verdik, çox enerji sərf olundu. İndi bərpa olmalıyıq. "Qarabağ"la matça fokuslanırıq, bu, əsla yüngül qəbul ediləcək oyun deyil. "Qarabağ" məncə, bu Çempionlar Liqasının bir növ sürpriz komandasıdı. Onlar yüksək temp gətirəcəklər və biz böyük diqqətlə oynamalıyıq. "Benfika"nı səfərdə məğlub ediblər, "Çelsi" ilə heç-heçə ediblər, hansı ki, hesabda irəlidə idilər. Keyfiyyətli futbolçuları var”.


“Napoli”də Romelu Lukaku avqustdan, Kevin De Brüyne, Frank Angissa, Aleks Meret, Leonar­do Spinatsola və Billi Gilmor isə son həftələrdə sıradan çıxıb. “Atalanta” ilə oyunda Amir Rrahmani və Rasmus Höjlund da əvəzlənmişdi, lakin Konte onların (Lukaku istisna olmaqla) “Qarabağ” matçına hazır olacağını deyib.
“Təəssüf ki, məşqçi kimi bəzi şeyləri idarə edə bilirsən, bəzi şeyləri isə yox. Mövsümün əvvəlindən zərurətdən çıxış edərək vəziyyəti yola verməyə çalışırıq,” – deyə o bildirib.
Konte zədələrlə bağlı tibb heyətinin daha çox məlumat verməsinin vacibliyini də dilə gətirib:

“İstərdim ki, tibbi personal vəziyyəti daha çox izah etsin, çünki bu, onların sahəsidi. Bu, əzələ zədəsi deyil və bərpa müddətini mən dəqiq deyə bilmirəm”.


Zədə sıxıntıları səbəbindən Konte son turda 3 müdafiəçi ilə oynamağa məcbur qalıb:

“Bu dəyişiklik məcburiyyətdən irəli gəldi. Oyunçuları ən doğru mövqelərdə yerləşdirmək üçün belə qərar verdik. Müdafiədə bir sistemlə, hücumda başqa sistemlə oynaya bilərik.”


Mediada Lukakunun “Roma” ilə növbəti A Seriya oyununda meydana çıxa biləcəyi iddia olunsa da, Konte bunu təsdiqləməyib:

“O, hələ tam hazır deyil, hələ çox çalışmalıdı. Lukaku beynəlxalq səviyyədə tanınmış, komanda üçün çox önəmli bir oyunçudu. Hazır olanda həm meydanda, həm də paltardəyişmə otağında çox şey verəcək. Uzun müddət Belçikada müalicə almalı oldu”.


Sonda Konte komandanı motivasiya edərək belə deyib:

“Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri