Icma.az
close
up
RU
“Bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır”

“Bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır”

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Təhsildə rüşvət amilini aradan qaldırmaq üçün birinci növbədə təhsilin idarəetmə sistemində işləyən şəxslər, başda nazir Emin Əmrullayev olmaqla şəffaf işləməlidir. Bir ölkənin təhsil naziri şəxsən brifinqdə açıq şəkildə bildirirsə ki, olimpiada ödənişli olmalıdır. Müəllimləri məcbur edirlər ki, valideynlərdən olimpiadaya pul toplasınlar, Təhsil İnstitutuna göndərsinlər. Təbii ki, belə halda müəllimin pul almaq məsələsində daha da əl-qolu açılır".

Turkustan.az pravda.az-a istinadla xəbər verir ki, bunu təhsil ekspert Elşən Qafarov deyib.

O əlavə edib: "Müəllimlərdən tələb edirlər ki, nəyin bahasına olursa-olsun, valideyndən pul yığılmalıdır. Bu da rüşvətin bir formasıdır. İkincisi, Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə dövlətin təhsil siyasətini həyata keçirməkdir, imtahan yox. Bu gün isə istər nazirlik, istər MÜTDA, istər ölkədə təhsil sahəsində yeganə elmi-pedaqoji araşdırma aparacaq elmi-tədqiqat institutu olan Təhsil İnstitutunun işi imtahanlar keçirməkdir. Sual olunur, bu qədər imtahanlar nə üçündür?

Hamımız bilirik ki, kadr seçimində neqativ hallar baş alıb gedir. Bunun başında Emin Əmrullayev özü, eyni zamanda Təhsil İnstitutunun direktoru Elmir Əliyev durur. Nazir və onun yaxın dostu təhsil sistemində rüşvətin başında durursa, o, rüşvətə qarşı necə mübarizə apara bilər?!

Fikir verirsiniz, hansısa ayrı-ayrı hallar ictimailəşən zaman həmin kadrla bağlı nazir ölçü götürülür. Guya özünü sığortalayır ki, rüşvətə qarşı mübarizə aparır. Bu, birmənalı şəkildə qəbuledilən deyil. Elm və Təhsil Nazirliyi rüşvət sisteminin başında durur və buna marağı var".

Ekspert bildirib ki, ölkənin təhsil büdcəsinin böyük bir hissəsi təlimlərə yönəldilib:

"Bəs o təlimlərin hansı nəticələri var? Heç bir nəticəsi yoxdur! Təlimlər zamanı yol verilmiş korrupsiya hallarını artıq ən ucqar kənd məktəbində çalışan müəllim də bilir.

Nazirliyin başı layihələrə qarışıb. Ölkənin təhsil sistemində tərbiyə mühiti pozulub. Səriştəsiz kadrların təyinatı məsələsi də var. Emin Əmrullayevin Azərbaycan təhsilinin idarə edilməsindən heç xəbəri yoxdur. Sanki təhsil sistemi idarəolunmaz vəziyyətə gəlib. Bunun əsas səbəbkarı və bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri