Bu videoda qayda pozmayan yoxdur Velosipedçi, piyada və sürücülər xaos yaradır VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində (“Koroğlu” metrosunun yaxınlığı) qayda pozan piyada və sürücülər avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 12-də saat 14:02 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, velosiped sürən azyaşlı əks istiqamətli yolla hərəkət edib. Bu vaxt o, qarşı tərəfdən gələn “Land Rover” markalı maşına və görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Bir neçə saniyə sonra “VAZ-2107” və “Opel” markalı avtomobillərin sürücüləri də qayda pozublar. Belə ki, onlar keçiddən keçən piyadalara əhəmiyyət vermədən hərəkət ediblər. Biraz irəlidə isə yaxınlıqdakı keçiddən istifadə etməyərək özünü və sürücüləri təhlükəyə atan piyada görüntülənib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















