Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi Fotofakt
Icma.az, Axar.az saytına istinadən bildirir.
“Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.
Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.
Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.
Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.
Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















