Icma.az
close
up
RU
Fastfud nəsli ... Sürətli və asan qidalanma vərdişi, qeyri sağlam qidalar insan ömrünü necə qısaldır?

Fastfud nəsli ... Sürətli və asan qidalanma vərdişi, qeyri sağlam qidalar insan ömrünü necə qısaldır?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir gənclərin həyat ritmi dəyişdikcə, sürətli və asan qidalanma vərdişi artıq normaya çevrilib. Tələsik işə, dərsə və ya görüşə gedən bir çox insan üçün “bir hot-doq, bir dilim pizza” bəzən günün əsas yeməyidir. Lakin elmi araşdırmalar göstərir ki, bu rahatlıq bədən sağlamlığı və ömür uzunluğu bahasına başa gələ bilər.

ABŞ-ın Miçiqan Universitetinin alimləri müxtəlif qidaların insan sağlamlığına təsirini araşdırıblar. Nəticələr düşündürücüdür. Bildirilir ki, bir porsiya hot-doq insan ömrünü təxminən 36 dəqiqə, bir dilim pizza isə 10 dəqiqə azalda bilər. Elm adamları bildirirlər ki, bu təsir yalnız kalori ilə deyil, həm də emal olunmuş ətlərdəki nitratlar, doymuş yağlar və duz miqdarı ilə bağlıdır.

Araşdırmada ömrü qısalda bilən qidalar arasında bekon, hamburger, fıstıq yağı və cemlə hazırlanan sendviçlər də var. Bu məhsullar yüksək miqdarda trans yağ, şəkər və konservantlar ehtiva etdiyindən ürək-damar sistemi, qaraciyər və mədə-bağırsaq sağlamlığına zərər vurur. Lakin maraqlısı odur ki, bu məhsullar gənclərin gündəlik menyusunun ayrılmaz hissəsinə çevrilib. Sürətli yeməklər həm ucuz, həm dadlı, həm də vaxt aparmadığı üçün tələbələr və ofis işçiləri tərəfindən üstünlük təşkil edir.

Fastfudun çoxluğu təkcə ömür uzunluğunu deyil, həm də bədən enerjisini, beyin fəaliyyətini və psixoloji vəziyyəti dəyişdirir. Mütəxəssislər qeyd edirlər ki, yüksək yağ və şəkər tərkibli qidalar asılılıq yaradır, yəni bədən daha sağlam yeməklərə qarşı marağını itirir. Bu tendensiya davam edərsə, bir neçə onillikdən sonra gənclərin daha erkən yaşda xroniki xəstəliklərə tutulması, enerji çatışmazlığı və depressiya hallarının artması qaçılmaz olacaq. Əslində, vəziyyətdən çıxış yolu çətin deyil. Fastfud əvəzinə bişmiş toyuq, tərəvəzli salatlar, tam taxıllı sendviçlər, qazlı içkilər yerinə təbii meyvə suları və su, sürətli səhər yeməyi üçün yulaf və quru meyvələr daha sağlam alternativlərdir. Bu dəyişikliklər bir neçə gün ərzində nəticə verməsə də, uzunmüddətli təsiri bütün orqanizmə müsbət yöndə hiss olunur. Əgər bu günün gənci “fastfud nəsli” adlanırsa, gələcəyin orta yaşlısı dərman nəsli ola bilər.

Elmi faktlar göstərir ki, hər seçim, hətta bir hot-doq və ya bir dilim pizza, ömrümüzün saniyələrini, dəqiqələrini, bəlkə də illərini müəyyənləşdirir. Sağlamlıq “sürətli yemək” kimi deyil, səbir və şüurlu seçim tələb edir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri