Bu xəstələr pəhrizlərinə kakao və alma əlavə etməlidirlər
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ürək və damar xəstəlikləri üzrə ixtisaslaşmış professor Kristian Heiss bildirir ki, bəzi bitki məhsulları qan təzyiqini aşağı salır.
Redaktor.az xəbər verir ki, o, "Daily Mirror" nəşrinə bu məhsulların siyahısını verib.
Heiss, kakao, çay, soğan, üzüm, alma və bəzi giləmeyvə məhsulların təzyiqi salma xüsusiyyətinə malik olduğuna diqqət çəkib.
Onun sözlərinə görə, gündəlik iki-üç stəkan kakao və ya iki alma istehlakı ilə bəzi dərmanların qəbulu ilə müqayisədə azalma qeyd edilib.
“Müsbət təsir xüsusilə yüksək qan təzyiqi olan şəxslərdə nəzərə çarpır, lakin sağlam insanlar da qan damarlarının işində yaxşılaşmaları qeyd etdilər. Bu, flavonoidlərin ürək-damar xəstəliklərinin başlamazdan əvvəl qarşısını ala biləcəyini deməyə əsas verir”, - deyə alim bildirib.
Eyni zamanda, flavonoidlərin sehrli vasitə olmadığını və dərmanları əvəz edə bilməyəcəyini vurğulayıb. Buna baxmayaraq, mütəxəssis desert əvəzinə pəhrizə alma daxil etməyi və bunun qan təzyiqinə necə təsir etdiyini görməyi məsləhət görüb.
Heiss əlavə edib ki, məhsullarda flavonoidlərin tərkibi fərqli olduğundan təcrübə kakao və ya üzümlə davam etdirilə bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 İyul 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















