Icma.az
close
up
RU
Bu xəstəlik gənclər və uşaqlar arasında sürətlə artır “İrsən də keçir” KONKRET

Bu xəstəlik gənclər və uşaqlar arasında sürətlə artır “İrsən də keçir” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diabet artıq orta və yaşlı insanlarla bərabər, gənclərdə, hətta uşaqlarda özünü göstərməyə başlayıb. Xəstəliyin “cavanlaşması” təkcə Azərbaycanda deyil, bütün dünyada müşahiə olunur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, texnologiya və bu kimi imkanların artması insanları tənbəlləşdirir, bu isə fiziki hərəkətliyin azalmasına gətirib-çıxarır:

“Əvvəla qeyd edim ki, bütün dünyada şəkər xəstəliyinin sayının artması tendensiyası müşahidə edilir. Təkcə şəkər xəstəliyi deyil, elə bütün xəstəliklər artım dinamikasındadır.

Birincisi, əhali sürətlə artır. Ona görə də xəstəliklərin də sayı artır və adambaşına düşən xəstəliklərin sayı də çoxalır. İkincisi, Yer kürəsində rəqəmsal inkişafın imkanları artdıqca insanlar daha da tənbəlləşirlər və daha az hərəkət edirlər. Digər tərəfdən, qida qəbulu artır və bu orqanizmə daxil olan kalori ilə sərf olunan kalori arasındaki balansı pozur.

Nəticədə qəbul olunan qidalar müxtəlif şəkildə orqanizmə çöküb qalır və piylənməyə, çəki artımına səbəb olur. Təbii ki, əlavə xəstəliklərə gətirib çıxarır”.

A. qeybulla qeyd edib ki, gənclər arasında yayılan ifrat çəki artımı və piylənmə şəkər xəstəliyinin yaranmasında birbaşa rol oynayır:

“Şəkərli diabet mübadilə xəstəliyidir. Bu daha çox həyat tərzinə bağlı xəstəlikdir. Təbii ki, burada irsi faktorlar da əsas rol oynayır. Ata-ana xətti ilə şəkərli diabet irsi yolla da yayılır. Amma məsələ burasındadır ki, əsas rol oynayan amillərdən biri həyat tərzidir. İnsanların çox qida qəbul edib az hərəkət etməsi orqanizmdə mübadilə pozuntularının baş verməsi və insulin müqavimətinin yaranmasına zəmin hazırlayır. Yəni bu cür situasiyalar artır və gənclər arasında sürətlə yayılan artıq çəki, piylənmə kimi problemlər şəkərli diabetin yaranması ilə nəticələnir. Şəkərli diabetin gəncləşməsinin səbəblərindən biri də məhz budur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri