Bu xəstəlikləri olanlar xurma yeməməlidir
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
“Mədə-bağırsaq pozuntusu olan insanların xurma yeməsi məqsədəuyğun deyil".
Saglamolun.az report.az-a istinadla xəbər verir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib.
Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər.
“Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin var. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir”, - uzman vurğulayıb.
A.İvaşkeviç izah edib ki, tanin turşuları nazik bağırsağın sekresiyasını azaldır və peristaltikanı pisləşdirir. Diyetoloq gündəlik 3 meyvədən çox yeməməyi, həmçinin xurmanı uşaq rasionuna əlavə etməməyi tövsiyə edib.
Saglamolun.Az
Baxış sayı:67
Bu xəbər 17 Noyabr 2024 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















