Icma.az
close
up
RU
Bu xəstəxanalarda təmir işləri aparılır

Bu xəstəxanalarda təmir işləri aparılır

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır".

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib. V.Qurbanov qeyd edib ki, sözügedən fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür:

"Hazırda Nərimanov Tibb Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Klinik Xəstəxanasının əsaslı yenidən qurulması işləri davam edir.

Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmiri başa çatıb və istifadəyə verilib.

Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir".​

İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasında ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq, inventar daxil olmaqla quraşdırılması işləri icra olunur.

O, eyni zamanda qeyd edib ki, 28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır:

​ "Qubadlı rayonu ərazisində sendviç panel konteyner - modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri