Icma.az
close
up
RU
Bu xətt hara gedir: Yollarda nə baş verir?

Bu xətt hara gedir: Yollarda nə baş verir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə yol hərəkətinin təşkili ilə bağlı ən çox müzakirə olunan problemlərdən biri yol nişanlanmasının qeyri-kafi və bəzən qeyri-aydın olmasıdır.

Xüsusilə böyük şəhərlərdə və sıx nəqliyyatın olduğu ərazilərdə asfalt üzərində çəkilən xətlərin sürücülər tərəfindən vaxtında və düzgün qavranılmaması ciddi çətinliklər yaradır. Bu isə həm hərəkətin axıcılığına təsir edir, həm də inzibati cərimələrlə bağlı mübahisələrə səbəb olur.

Mövcud vəziyyət göstərir ki, yol nişanlanması yalnız yerüstü xətlərə əsaslananda praktiki nəticə vermir. Sürücülər tıxac, nəqliyyatın intensivliyi və diqqət dağınıqlığı səbəbindən bu işarələri vaxtında görə bilmir. 

Halbuki beynəlxalq təcrübədə yol hərəkətinin istiqamətləndirilməsi daha çox şaquli nişanlar və sürücünün birbaşa görmə sahəsində yerləşən göstəricilər üzərindən həyata keçirilir.

Niyə müasir şəhərlərdə olan daha aydın nişanlama bizdə tam tətbiq edilmir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərlərdə yol infrastrukturu bir qurumun layihəsi əsasında formalaşmır:

“Bu prosesdə müxtəlif maraqlı tərəflər və aidiyyəti qurumlar iştirak edir. Yol hərəkətini təşkil və tənzimləyən qurumların koordinasiyası və razılığı əsasında infrastruktur işləri mərhələli şəkildə həyata keçirilir.

İnfrastruktur qurularkən bütün işlərin eyni anda görülməsi mümkün olmur. Məsələn, əvvəlcə yollarda xətlənmə işləri aparılır, daha sonra yol nişanları quraşdırılır və istiqamətlər müəyyən edilir.

Digər vacib infrastruktur elementləri, işıq dirəklərinin basdırılması, kameraların quraşdırılması, svetoforların təşkili isə sonrakı mərhələlərdə həyata keçirilir. Yəni bütün bu işlərin eyni vaxtda tamamlanması real deyil”.

Onun sözlərinə görə, ölkədə bəzi sürücülərin avtomobil idarəetmə tərzinə baxdıqda xətlənmənin niyə müəyyən yerlərdə daha sərt şəkildə tətbiq olunduğunu anlamaq mümkündür:

“Bəzi sürücülər öz zolağı ilə hərəkət etməyi bacarmır, düz xətti keçərək sağa və sola riskli manevrlər edirlər. Onlar yalnız öz hərəkətlərini düşünürlər. 

Halbuki yola çıxan hər bir sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının rahat, sərbəst və maneəsiz hərəkətini təmin etməlidir. Təəssüf ki, bunu hər zaman müşahidə etmirik”.

Ekspert qeyd edib ki, yollarda hər gün məsuliyyətsiz sürücülər səbəbindən baş verən qəzalar da bunu göstərir:

“Burada əsas səbəblərdən biri sürücülərin öz zolağı ilə hərəkət etməməsi və qəfil manevrlər etməsidir. Zolaqlar da məhz ona görə müəyyən qaydada təşkil olunur ki, bir sürücü digər hərəkət iştirakçılarına maneə yaratmasın. 

Hazırda bəzi sürücülərdə çaşqınlıq yaranır ki, “bu xətt hara gedir?”, “bu xətt nə üçündür?”. Bunun əsas səbəblərindən biri maariflənmənin aşağı olmasıdır.

Bəzi sürücülər yol xətlərinin və nişanların mənalarını belə bilmirlər. Bu da yollarda əlavə problemlərin yaranmasına səbəb olur”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: yollar Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri