Icma.az
close
up
RU
Bu yanaşma dövlət siyasətində də öz əksini tapır Millət vəkili

Bu yanaşma dövlət siyasətində də öz əksini tapır Millət vəkili

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan bu gün müstəqil siyasət yürüdən, güclü dövlətçilik ənənələrinə malik, dinamik inkişaf edən və beynəlxalq aləmdə öz sözünü deyən ölkədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmiz həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa töhfə verən dövlət kimi tanınır. Belə bir dövlət üçün gələcək nəslin hansı dəyərlərlə formalaşması xüsusi əhəmiyyət daşıyır. Müasir informasiya mühiti, sosial şəbəkələr və süni intellekt imkanları uşaqların və gənclərin dünyagörüşünə çoxsaylı təsirlər yaradır. Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında da ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu istiqamətdə ən mühüm vasitələrdən biri məhz təhsildir. Hesab edirəm ki, məktəb yalnız bilik verilən məkan kimi qəbul olunmamalıdır. Məktəb həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin, məsuliyyət hissinin, vətənpərvərlik duyğusunun və cəmiyyətə münasibətinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə münasibətim müsbətdir. Vahid forma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, kollektivə aidlik hissinin formalaşmasına və şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir. Uşaqlar məktəbə geyim və maddi imkanlar arasındakı fərqləri göstərmək üçün yox, bilik almaq, inkişaf etmək və öz gələcəklərini qurmaq üçün gedirlər".

Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,  eyni zamanda, müəllimlərin geyiminə münasibətdə də sadə, səliqəli və işgüzar yanaşmanı vacib hesab edirəm. Müəllim məktəb mühitində peşəkarlığın və davranış mədəniyyətinin nümunəsidir. Ona görə də müəllimin görünüşünün təhsil müəssisəsinin ümumi işgüzar mühitinə uyğun olması tədris prosesinə müsbət təsir göstərir:

"Azərbaycan dünyəvi dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və dini etiqad azadlığına hörmət edən ölkədir. Bizim cəmiyyətimiz əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə, qarşılıqlı hörmət şəraitində yaşadığı tolerantlıq ənənələri ilə seçilib. Bu yanaşma dövlət siyasətində də öz əksini tapır. Ona görə məktəblərdə geyim məsələsinə də məhz bu yanaşma ilə qanunvericilik, dünyəvilik, milli-mənəvi dəyərlər, uşaqların hüquqları və sağlam təhsil mühiti prinsipləri əsasında yanaşmaq lazımdır. Uşaqlarımızın savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər, milli kimliyinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlar kimi yetişməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Məktəbdə yaradılan mühit, tətbiq olunan qaydalar və formalaşdırılan davranış mədəniyyəti də məhz bu ali məqsədə xidmət etməlidir".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri