Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Afrika Millətlər Kuboku çərçivəsində Mərakeşin əldə edəcəyi gəlir səviyyəsi açıqlanıb.
QOL.az xəbər verir ki, Mərakeşdə keçirilən Afrika Millətlər Kuboku ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir qazandıracaq.
Belə ki, "Al Arabiya" telekanalının məlumatına görə, qitənin ən nüfuzlu futbol turniri turizm sektorunda ciddi canlanma yaradacaq. Yarış müddətində ölkəyə 500 mindən 1 milyona qədər əcnəbi turistin səfər edəcəyi gözlənilir. Proqnozlara əsasən, otelçilik, nəqliyyat və restoran sektorunun turnirdən əldə edəcəyi ümumi gəlir 450 milyon dollardan 1,2 milyard dollara qədər təşkil edəcək.
Bundan əlavə, Afrika Millətlər Kubokunun yayım hüquqlarının satışından təşkilatçıların təxminən 22,5 milyon dollar gəlir əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Mərakeş bu turnir üçün infrastruktura rekord məbləğdə, təxminən 16 milyard dollar sərmayə qoyub. Bu investisiya Afrika Millətlər Kuboku ilə yanaşı, həm də uzunmüddətli planlar çərçivəsində həyata keçirilib. Belə ki, hazırkı stadionlar 2030-cu ildə Mərakeşin İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi edəcəyi dünya çempionatının oyunlarına da ev sahibliyi edəcək.
Xatırladaq ki, dekabrın 22-də start götürən Afrika Millətlər Kuboku yanvarın 18-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















