Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər haqda qanunu imzalayıb.
Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılır. Adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















