Icma.az
close
up
RU
Bu yaşda ailə qurmaq boşanma ehtimalını sıfıra endirir Psixoloq sirləri açdı KONKRET

Bu yaşda ailə qurmaq boşanma ehtimalını sıfıra endirir Psixoloq sirləri açdı KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda son 30 ildə nikaha daxil olma yaşının artması diqqət çəkir. Artıq insanlar gənc yaşda ailə sahibi olmaqdan imtina edirlər. Yaş artdıqca isə evliliyə müsbət yanaşanların sayı da azalmağa davam edir.

Bəs gec ailə qurmağın gənc yaşda evlənməkdən fərqi və üstünlükləri nələrdir?

KONKRET.az xəbər verir ki, “Yeni Sabah” məsələni psixoloq Aytən Ələkbərova ilə müzakirə edib. Ekspert bir sıra əsas məqamlara toxunub:

“24-25 yaşdan sonra qurulan ailələrdə münasibətlərdə baş verən bir çox problemin qarşısı alına bilir. Bunun əsas səbəbi həmin yaşlarda münasibətlərin sabitliyi və problemlərin həlli daha asan olur. Erkən evliliklərdə hisslər tam dərk edilmədiyindən və məsuliyyət hissi zəif olduğundan, ailədaxili mənasız problemlər tez-tez baş verir.Gənclik dövründə erkən nikaha niyə görə “yox” deyirik? 25-30 yaşa çatanda “sən demə mən sevməmişəm, indi daha çox sevirəm” kimi fikirlərlə qarşılaşmamaq üçün 25-30 yaş aralığında insanlar emosiyalarını daha ağıllı idarə edə bilir və həyat yoldaşı seçimini daha məsuliyyətli şəkildə həyata keçirirlər. Bu yaş dövründə “Həqiqi sevgi nədir?” sualına cavab tapmaqla insanlar münasibətlərə daha real və obyektiv yanaşır. Xəyali gözləntilər yerinə real dəyərləri qiymətləndirmək problemlərin azalmasına şərait yaradır. İnsan ağlındakının axtarışı fonunda həmin adamın yanında olduğunu tam dərk edib görə bilsə, təbiidir ki, ailələrdə boşanmanın sayı azalacaq”.

Psixoloq qeyd edib ki, gec evliliklərin başqa bir üstünlüyü də insanların məsuliyyət hissini daha dərindən dərk etməsidir:

“Bu yaşda şəxslər hisslərini nəzarətdə saxlamaq və problemlərin həllində daha effektli yanaşma göstərmək qabiliyyətinə sahibdirlər. Bu yanaşma, ailə daxilindəki etibarın möhkəmlənməsinə və münasibətlərin daha sağlam şəkildə inkişafına səbəb olur.

Bu baxımdan gec ailə quran insanlar sanki bu məsuliyyəti dərk edir. Və həmin məsuliyyət ailəyə qarşı olan həyəcanı idarə edə bilir. Elə yaş dövrü var ki, bu zaman keçirilən hiss və həyəcan cütlüklərə ailə məsuliyyətini dərk etməyə imkan vermir. Ailələrdə baş verən boşanmaların səbəbi elə bu kimi faktorlardan irəli gəlir. Cütlüklər nə qədər gec ailə qurarsa, hislər və həyəcan münasibəti idarə etmək yerinə, məsuliyyət ailəni balanslaşdıracaq. Beləliklə, evliliklər uzunömürlü olacaq. Tez ailə qurub boşanmaqdan, uşaqlara psixoloji travma yaşatmaqdansa, gec evlənib nümunə göstəriləcək ailə portretini yarada bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri