Bu yol sürücülərin kabusuna çevrilib Nə nişanlanma xətti var, nə yol nişanı.. VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, “Sea Breeze” istiqamətində hərəkət edən sürücülər yolun təşkilindəki nöqsanlarla üz-üzə qalırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə ərazidən keçən sürücülərdən biri video çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Kadrdan da göründüyü kimi, yolda nişanlanma xətləri çəkilməyib. Bu səbəbdən sürücülər zolaqlar üzrə hərəkət edə bilmir. Ən təhlükəli məqam isə xətlərin olmaması nəticəsində bordürün qəfil görünməsidir. Belə ki, yola bələd olmayan sürücülər bordürə yaxınlaşarkən onu son anda gördükləri üçün qəza riski artır.
Şikayətçinin sözlərinə görə, məhz bu səbəbdən ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Xüsusilə gecə saatlarında vəziyyət daha da ağırlaşır.
Bundan əlavə, ayırıcı zolağın üzərində “maneəni sağdan və soldan keçmək” nişanının da olmaması sürücülərdə çaşqınlıq yaradır və bu hal onların qəza törətməsinə səbəb olur.
Ümid edilir ki, mühüm əhəmiyyət daşıyan bu problem yaxın zamanda aidiyyəti qurumlar tərəfindən aradan qaldırılacaq.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 22 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















