Icma.az
close
up
RU
Bu yolda insanlar niyə ölür? Sakinləri qorxuya salan KƏNDDƏN GÖRÜNTÜ

Bu yolda insanlar niyə ölür? Sakinləri qorxuya salan KƏNDDƏN GÖRÜNTÜ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ərazidə demək olar ki,ayda bir neçə dəfə qəza baş verir.Hətta bu qəzaların bir çoxunda ağır xəsarət alanlar və həyatını itirənlər də olur.

Söhbət Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən “Povorot MirHeydər Ağa” adlanan döngədən gedir. Bu kənd Zərdab rayonuna və digər kəndlərə gedən yolun üzərində yerləşdiyindən avtomobillərin hərəkətinin sıxlığı müşahidə olunur. Avtomobillərin sıx hərəkətdə olduğu ərazidə insanların həyatı və sağlamlığı üçün təhlükə də vardır. Nəzərə alsaq ki,yolun üzərində iki məktəb də yerləşir.

Bu barədə Oxu24.com-a sözügedən kəndin sakinləri məlumat verib.

Kənd sakinlərinin sözlərinə görə,ərazidə radar olmadığından avtomobillərin sürət həddinə nəzarət etmək mümkün deyil. Bu səbəbdən də burada tez-tez qəzalar baş verir. Bu isə onları daim gərgin durumda saxlayır.

Kənd sakinlərinin verdiyi məlumata görə,özləri,azyaşlı övladları daim təhlükə və qorxu altında yaşayırlar. Bununla bağlı rəsmi qurumlara müraciət edərək ərazidə sürət həddinə nəzarət məqsədi ilə radarların quraşdırılmasını xahiş ediblər.

Sakinlərin şikayəti əsasında sözügedən ünvanda olduq. Müşahidələrimiz zamanı həqiqətən də ərazidən keçən avtomobillərin sürət həddinin yüksək olması aydın görünürdü. Araşdırmamız zamanı məlum oldu ki,müxtəlif illərdə bu ərazidə baş vermiş ağır qəzalarda kənd sakinləri Ağasəf İsmayılov,Məhəbbət Şahverdiyeva,anası Naibə Şahverdiyeva və azyaşlı Həsən Xəlilov həyatlarını itiriblər. Bu,təkcə kənd ərazisində yaşayan insanlardır. Həmin ərazidə yaşamayan şəxslər də qəzalarda ölüblər və ya ağır xəsarətlər alıblar. Bu isə ərazidə təhlükənin olmasını sübut edir.

Moderator.az bildirir ki, Oxu24.com məsələnin hüquqi tərəfinə nəzər salıb.

Ərazilərə radar quraşdırılması necə həyata keçirilir? Bu prosesi hansı qurum nəzarət edir?

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki,radarların harada qoyulmalı olması qanunvericilikdə konkret olaraq göstərilməyib.

Ekspertin sözlərinə görə,dünya təcrübəsinə əsaslansaq,bu, tip radarlar sürət rejiminin daha təhlükəli qəzalara səbəb olduğu yerlərdə quraşdırılır.Radarlar məhz ən riskli qəzaların olduğu yerlərə quraşdırılır.

Ərşad Hüseynovun sözlərinə görə,dünya təcrübəsində sürət radarları ilə yanaşı,başqa üsullardan da istifadə olunur. Bunlar yerlərdə quraşdırılan xüsusi maneələrdir. Həmin maneələrdən müəyyən edilmiş sürət həddini keçdikdən sonar avtomobildə xüsusi səslər hiss olunur. Bu zaman sürücü müəyyən edilmiş sürət həddini keçdiyini anlayır və sürəti aşağı endirir. Müasir dünyada daha çox bu metoddan istifadə olunur.

Bəs,radarları hansı qurum quraşdırmalıdır?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,radarların quraşdırılması üçün sakinlər Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidirlər. Bu müraciətdən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin birgə fəaliyyəti əsasında radarların quraşdırılması mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri