Bu yolda maşınların hərəkəti qadağan ediləcək 15 oktyabrdan
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 15-dən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin azaldılması, Qoşa Qala meydanında mobilliyin və təhlükəsizliyin artırılması məqsədilə həyata keçiriləcək.
Yeni sxemə əsasən, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. Bu küçə ilə hərəkət edən nəqliyyat vasitələri sağa dönərkən Qoşa Qala qapıları çıxışına, sola dönərkən isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.
Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən qoruq ərazisinə girişi isə Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək.
Qeyd olunub ki, bu tədbirlər sakinlərin yaşayış ünvanlarına daha qısa və rahat marşrutla çatmasına, həmçinin Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına imkan verəcək.
İdarə sözügedən küçələrdə yaşayan sakinlərdən oktyabrın 15-dən qoruq ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələrini xahiş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















