Bu yolda piyadaların rahat gedişgəlişi təmin olundu VİDEO
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib.
Bununla da həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat şəkildə istifadə edə bilirlər.
Firuzə Əliyeva
Sfera.az
Baxış sayı:48
Bu xəbər 09 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















