Bu yolda tıxaca görə 1 zolaq artırıldı SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nəriman Nərimanov prospektilə Qurban Xəlilov küçəsinin kəsişməsində hərəkətin təşkilinə dəyişiklik edilməsi ilə bağlı bir neçə gün öncə məlumat yaymışdıq. Dəyişiklikdən sonra sol 2 zolaq yalnız sola - Mikayıl Müşfiq küçəsi istiqamətinə, sağ 2 zolaq isə yalnız sağa - Qurban Xəlilov küçəsi istiqamətinə nəzərdə tutulmuşdu. Günün pik saatlarında Mikayıl Müşfiq küçəsi istiqamətində sıxlığın müşahidə olunduğunu və həmin istiqamətə azı 3 zolağın verilməsinin vacibliyini qeyd etmişdik.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələni tez bir zamanda nəzarətə götürərək hərəkətin təşkilinə yenidən dəyişiklik etdi. Belə ki, təhlükəsizlik adacığı kiçildilərək Mikayıl Müşfiq küçəsi istiqamətinə 3 zolağın verilməsi təmin edildi. Qurban Xəlilov küçəsi istiqamətinə isə 2 zolaq olduğu kimi qaldı.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















