Bu yolda yeni piyada keçidləri və panduslar təşkil olundu
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.
"Unikal" agentliyə istinadən xəbər verir ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.
Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin "Ukrayna dairəsi" istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun "Qara Qarayev" stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin "Ukrayna dairəsi" istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – "Daimi sağa dönmə" yol nişanı tətbiq edilib.
Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) işıqforların iş rejimini dəyişdirib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















