Bu yollarda təmir işləri aparılacaq Sürücülərin nəzərinə!
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatına görə, 14–16 iyun 2025-ci il tarixlərində aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.
"Unikal" sözügedən yolları diqqətinizə çatdırır.
1. Səbail rayonu – Badamdar şosesi;
2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;
3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti
• Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
• Çingizxan mərasim evinin yanı, yan yol;
4. Xətai rayonu – Babək prospekti
• 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;
5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
• H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;
6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - agentliyin məlumatında qeyd olunub.


