Bu yumurta 912 manata satıldı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İngiltərədəki fermalardan birində tapılan unikal toyuq yumurtası dünyanın ən bahalı yumurtası olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 420 funt sterlinqə (912 manata) satılıb.
Ferma işçisi Eli Qrin qeyri-adi yumurtanı hələ yanvar ayında kəşf edib. O, yumurtanın digərlərindən fərqli yuvarlandığını iddia edir.
Səbəb onun yumurtavari deyil, sferik formada olmasıdır və bu olduqca nadirdir. “Heç kimdə bu yoxdur, hətta İlon Maskın da yumru yumurtası yoxdur, elə deyilmi?, - Qrin söyləyib.
Sferik yumurtalar əvvəllər də hərraca çıxarılıb. Hərrac zamanı belə bir lotun qiymətinin 220 funt sterlinqə çatdığı məlumdur. Qrinin tapdığı yumurta bu məbləğin iki qatına satılıb.
Bütün gəlirlər zorlama qurbanlarına kömək edən qeyri-kommersiya təşkilatı “Devon Rape Crisis”ə bağışlanacaq. Qrin təşkilatın könüllüsü olub və bu yaxınlarda maliyyə çatışmazlığı səbəbindən bağlanan qaynar xəttdə işləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 25 Mart 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















